Bu gün:

Yatmadan iki saat əvvəl yeməyi dayandırın


Ramazan ayının sona çatması ilə qidalanma vərdişlərindəki bəzi dəyişikliklər artıq çəki artımının qarşısını ala bilər. Qidalanma və Pəhriz Mütəxəssisi Elif Topuz Ülkü, "Səhər yeməyi çox əhəmiyyətlidir, atlanmamalıdır. Səhər yeməyi çörək, az yağlı pendir, yumurta və mövsümə uyğun göyərti ilə hazırlanmalıdır. Təzə, quru meyvələr və qoz-fındıq mümkün qədər qəlyanaltılara birləşdirilməlidir ki, orqanizmin karbohidratlara olan ehtiyacı tamamlansın və şirniyyata həvəs olmasın. Axşam yeməyində zeytun yağı ilə tərəvəz yeməyi ola bilər. Mövsümi salatınız və qatığınız bu menyunu mümkün qədər müşayiət etməlidir. "Yemək bişirərkən qızartmaqdan qaçmaq lazımdır. Yeməyi yatmazdan iki saat əvvəl bitirməliyik. 
Mənbə: Güneş Gazetesi

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et