Bu gün:

Qavrama nədir? Psixologiyada qavramanın tərifi və xüsusiyyətləri


İdrak beş hiss orqanının qavraya bildiyi faktların ağıl tərəfindən dərk edilməsi və şərh edilməsi deməkdir. Məsələn, stolun üstündə qırmızı qələm olduğunu dərk etmək üçün əvvəlcə həmin qələmi görmək lazımdır. Ağıl vasitəsilə bilavasitə qavranılan şeylər yuxular, xatirələr və anlayışlardır. Qavrama nədir və onun növləri hansılardır? Psixologiyada qavrayışın xüsusiyyətlərini sizlər üçün nümunələrlə topladıq.



Qavramaya təsir edən bir çox amillər var. Psixoloji, ətraf mühit və fiziki faktorlar qavrayışların insandan insana dəyişməsinə səbəb olur.

Qavrama nədir?

Ağlın müəyyən faktlar, hadisələr və anlayışlar arasından seçərək yadda saxladığı və öyrəndiyi bütün məfhumlara qavrayış deyilir. Bu ayrılma və təsnifat mərhələləri qavrayışda seçicilik adlanır. Bunun ən böyük sübutu insanın ilk növbədə onu maraqlandıran predmetə aid əşyaları və sözləri qavramasıdır.

Ancaq qavranılan hər şey yaddaş tərəfindən tez unudulur. Yaddaşda yalnız vacib və zəruri məlumatlar saxlanılır.

Qısa nümunələrlə psixologiyada qavramanın tərifi və xüsusiyyətləri

Ümumilikdə üç növ qavrayış var. Bunlar müvafiq olaraq sensor, zehni və intuitiv qavrayışlardır.

1- Sensor qavrayış:

Eşitmə qavrayışı - Daha yüksək səslərin digər səsləri boğmaq qabiliyyəti eşitmə qavrayışının ən əsas xüsusiyyətlərindən biridir.

Vizual qavrayış - Mikroskopla baxdıqda təkhüceyrəli orqanizmləri daha aydın görmək vizual qavrayış nümunəsi kimi verilə bilər. İnsanlar həyatları boyu əldə etdikləri məlumatların, təxminən, 80%-ni vizual qavrayış vasitəsilə öyrənirlər.

Dad qavrayışı: Yeməyin duzlu və ya turş olduğunu bilmək üçün dad qavrayışından istifadə edirik. Dil ən həssas orqanlarımızdan biridir. Həm də özünü ən tez yeniləyən orqandır.

Qoxu və toxunma hissləri də duyğu qavrayışına daxildir.

2- Zehni qavrayış:

Zehni qavrayış ümumilikdə dörd fərqli mərhələdən ibarətdir. Bunlar müvafiq olaraq: düşünmə, yadda saxlama, beyin yorma və əzbərləmədir. 

3- İntuitiv qavrayış:

İntuitiv qavrayış obyektiv fakta əsaslanmır. Duyğular düşüncələrdən daha vacibdir.

Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et