Bu gün:

Dünyanın ikinci ən dərin mavi dəliyi kəşf edildi


Meksikanın Yukatan yarımadası yaxınlığında Cənubi Çin dənizindəki Əjdaha dəliyindən sonra dünyada məlum olan ikinci ən dərin mavi dəlik aşkar edilib. 



Mavi dəliyə "Taam Ja" adı verildi, bu da mayya dilində "dərin su" deməkdir. 

"Frontiers In Marine" elmi jurnalında dərc edilən araşdırmada Taam Janın 275 metr dərinliyə və 45 kvadrat kilometr əraziyə malik olduğu bildirilib. 


“Taam Ja” nümunəsi və tədqiqatı 2021-ci ildə edildi. Lakin alimlər yeni araşdırma ilə mavi dəliyin varlığını ortaya çıxarıblar. Daily Mail-də yer alan xəbərə görə, tədqiqatçılar Taam Janın Meksika və Beliz sahillərinə yaxın olduğuna və kəşfin yerli və xarici ziyarətçilərin artmasına səbəb ola biləcəyinə diqqət çəkib. Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, mavi dəliklər qurudakı çuxurlara bənzəyir. Lakin mərcanların, süngərlərin, mollyuskaların, dəniz tısbağalarının və köpəkbalıqlarının yaşayış yeri olan mavi dəliklər haqqında çox az şey məlumdur.


Mənbə: Habertürk

Tərcümə edən: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et