Bu gün:

Vintaj sevərlərin dostu pikap: Nə zaman ixtira edildi?


Plak çalar kimi də tanınan pikap yüz ildən çox əvvəl ixtira olunsa da, son illərdə yenidən məşhurlaşıb. Təbii ki, ilk pikaplar indiki kimi olmasalar da, dövrün şərtlərinə uyğun olaraq özünəməxsus musiqi təcrübəsi təqdim etməyi bacarıb.Pikap plak üzərinə girintilər və çıxıntılar kimi qeydə alınmış fiziki səs məlumatlarını iynəsi ilə oxuyaraq musiqiyə çevirən analoq musiqi çalma və yazma alətidir. Pikapın üzərinə plak qoyulur, daxili motor onu fırladır, üzərinə iynə qoyulur və plakda üzərinə yazılmış musiqi çalınmağa başlayır.

Bu gün də istifadə etdiyimiz saysız-hesabsız cihazların ixtiraçısı olan Graham Bell 1877-ci ildə pikap məsələsini də öz üzərinə götürdü və fonoqraf adlı bir cihaz icad etdi. Bu cihaz fonatoqrafa bənzəyirdi, lakin ondan fərqli olaraq qeyd etdiyi səs üçün çıxış yarada bilirdi, yəni qeyd etdiyi səsi səsləndirə bilirdi. 

O dövrdə "Volta Associates" ilə işləyən Graham Bellin bu kiçik toxunuşu sayəsində qeydə alınan səsin keyfiyyəti artdı, daha uzun müddətə yazmaq imkanı əldə edildi, səs yazısı dəfələrlə oxuna bilər və səs yazısı prosesi daha etibarlı oldu. Uğurlu bir iş kimi görünsə də, bildiyimiz kimi pikap hələ də tam olaraq ortaya çıxmadı.

ABŞ-da yaşayan alman Emile Berliner Edison və Bell tərəfindən hazırlanmış bütün bu cihazlar üzərində apardığı işlər nəticəsində pikapın əvvəlki versiyası olan qrammofonu icad edib. 

Emile Berlinerin qrammofonu ilə səsyazma və səsləndirmə sistemləri yeni dövrə qədəm qoydu.
Emile Berliner səsi rulonlarda deyil, 20 - 30 sm ölçülü disklərdə qeyd etdi. O, elektrokaplama adlı bir texnikadan istifadə edərək səs dalğalarını xaricə doğru qeyd etdi. Bu texnika sayəsində diskdə yazılmış yazıları təkrarlamaq mümkün idi. Beləliklə, qrammofon ticari məhsula çevrildi və insanların evlərinə girə bildi.

Conson Berliner tərəfindən hazırlanmış səsyazma disklərinin daha yüksək keyfiyyətli səsə malik olmasını təmin etmək üçün mühüm səylər göstərdi. Səsyazma zamanı yaranan səs-küyü, demək olar ki, tamamilə aradan qaldırdı. Onun qurduğu Victor Talking Machine Company şirkəti bu gün də pikaplar istehsal edir.

Qrammofonun pikapa çevrildiyi keçid dövrü yoxdur. Məhsul ticari hala gəldikdən sonra dizayn daha yığcam hala gətirildi və bildiyimiz kimi pikap ərsəyə gəldi. Eyni dövrdə pikaplar və radiolar geniş yayılsa da, bir-biri ilə rəqabət aparmırdı, əksinə, hətta radiolarda belə həm səs yazısı, həm də səsin səsləndirilməsi üçün pikaplardan istifadə olunurdu.

1930-1940-cı illərdə pikap bütün dünyada, xüsusən də ABŞ-da tanınmağa başladı. İkinci Dünya Müharibəsi illərində insanlar musiqi dinləməkdənsə xəbərləri radio və televiziyadan izləməyə üstünlük verdikləri üçün pikaplar bir müddət unuduldu. Ancaq bu cihaz böyük bir gündəmlə geri döndü.

1960-1970-ci illər bütün dünyada gənclər hərəkatının pik həddə çatdığı dövr idi. Gənclər artıq döyüşmək istəmirdilər, musiqi dinləmək istəyirdilər və belə də oldu. Bu dövrdə pikap və plak satışı bütün dünyada pik həddinə çatdı. 

Əslində, o dövrdə gənclərin diqqətini cəlb etmək üçün bir çox fərqli dizaynlara malik pikaplat satışa çıxarılmışdı. Bu illərdə bu cihazın populyarlaşmasının başqa bir səbəbi səs texnologiyalarının inkişafıdır. Bu dövrdə pikaplar artıq stereo səs çıxara bilirdilər. 

Bu gün 45-lər dediyimiz, vinildən, yəni PVC-dən hazırlanmış pikaplat ortaya çıxdı. Bu qeydlər yüksək keyfiyyətdə 23 dəqiqəlik uzun audio yazıları təqdim etdi. Əslində, səs sisteminin əsasını təşkil edən üç kanallı səsyazma da bu dövrdə icad edilib.

1980 və 1990-cı illərdə bəzi DJ-lər səsyazma və ifa zamanı barmaqları ilə qeydləri irəli-geri hərəkət etdirməyə başladılar. Bildiyimiz kimi, Scratch adlı bu hərəkətlər rep musiqisinə tamamilə fərqli ritmlər gətirdi. Bu ritm bir çox yeni musiqi janrlarına, xüsusən də rep musiqisinə ilham verdi.

Bir vaxtlar musiqisevərlərin bir nömrəli seçimi olan pikap 1980-ci illərdə getdikcə populyarlığını itirdi. Zaman keçdikcə onu kasetlər və CD-lər əvəz etdi. Biz 21-ci əsrə gəldiyimiz zaman və musiqi dinləmək üçün saysız-hesabsız üsullar ortaya çıxdıqda, pikap keçmişin tozlu səhifələrində yerini aldı. Amma o, tozlu səhifələrdə çox qalmadı. Naməlum bir şəkildə başlayan vintaj trendindən də təsirləndi və yenidən həyatımızda öz yerini aldı.

Mənbə: Webtekno
Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et