Bu gün:

Hazır noodleda xərçəng şübhəsi


Türkiyədə də məşhur marka olan noodle istehsalçısı Indomie-nin bəzi məhsulları xərçəng şübhəsi ilə Malayziya və Tayvanda geri çağırılıb. Bununla belə, İndoneziya şirkəti məhsullarının təhlükəsiz olduğunu müdafiə edir. Malayziya və Tayvan səhiyyə işçiləri bir neçə gün fasilələrlə öz ölkələrində satılan noodle məhsullarını yoxladılar. 

Qadağan edilmiş kimyəvi maddə

Amerika CNN xəbərinə görə, bəzi nümunələrdə, o cümlədən Indomie-nin hər iki ölkədən məşhur toyuq ətirli noodlelarında xərçəng riskini artırdığı bilinən etilen oksidi aşkar edilib. Qoxusuz və rəngsiz bir qaz olan etilen oksidi ədviyyatları sterilizasiya etmək üçün istifadə olunur. Ancaq Avropa Birliyi bu kimyəvi maddənin xərçəng riskini artırdığı səbəbilə 2011-ci ildə qidalarda istifadəsini qadağan etmişdi. İndoneziya istehsalçısı məhsullarını yoxladıqlarını və daxilə qəbul üçün təhlükəsiz səviyyəni aşan kimyəvi maddələrin olmadığını söylədi.

 Şirkətə görə, problem digər iki ölkədəki qaydaların İndoneziya qaydaları ilə müqayisədə "çox həssas" olmasıdır. Indomie məhsulları Türkiyə də daxil olmaqla 90-dan çox ölkəyə ixrac edilir.

Mənbə: hürriyyet.com.tr

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et