Bu gün:

“Bakı buxtasında ekoloji vəziyyət qənaətbəxşdir”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovdur. O, Bakı buxtasındakı ekoloji vəziyyətdən danışıb. 

- Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün Bakı buxtasında hansı işlər görülür?


Bakı buxtası ilə bağlı 2011-2012-ci illərdə müəyyən araşdırmalar aparılıb. Buxtaya Hollandiyadan bir şirkət cəlb olunub. Şirkət dəniz dibindən nümunələr götürüb, suyun keyfiyyətini tədqiq edib. Hollandiya şirkəti araşdırma aparıb və hesabatı dövlətə təqdim edib. Sadəcə uzun illərdir, təxminən 1 əsrdən çoxdur ki, dənizin dib hissəsində müəyyən çöküntülər toplanıb. Lakin dəniz dibinin təmizlənməsi çox böyük vəsait (təqribən milyarddan çox) tələb etdiyinə görə, ekoloji cəhətdən buxtanın təmizlənməsi məsələsi təsdiqlənmədi. 

İndi Bakı buxtasında ekoloji vəziyyət qənaətbəxşdir. Sadəcə bəzən qanunsuz olaraq müəyyən hissələrinə məişət tullantılarının suları axıdılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qürumu və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu məsələni diqqətdə saxlayır. 

Buxtada dib təmizləmə işlərinə ehtiyac var. Büdcə imkan versə, gələcəkdə bu məsələyə diqqət ayrılacaq. 

Gülnisə Əfkari

Paylaş