Bu gün:

Bu cür çiyələk yemək qara ciyərin fəaliyyətini dayandırır


Zəngin vitamin və mineral qaynağı olan çiyələk yanlış yeyildikdə sağlamlığımızı riskə atır. Bəs, çiyələyi necə yeməliyik?

Yay aylarında ən çox istehlak edilən meyvələr arasında yer alan çiyələk həm dadı, həm də sağlamlığa faydaları ilə ən çox sevilən meyvələr arasındadır. Çiyələk qırmızı rəngi özündən alır. Lakin məlum olub ki, zəngin vitamin və mineral mənbəyi olan çiyələk düzgün istifadə olunmayanda sağlamlığımızı ciddi riskə atır. Sonradan peşman olma. Bəs, çiyələyi necə yeməliyik?

Bahar və yazın vazkeçilməz ləzzətlərindən biri olan çiyələk əslində məsum qidalar siyahısında deyil. Qırmızı hörümçəklər çiyələklərin üzərində rahat yaşayırlar, elm adamları onları təbiətdə həm faydalı, həm də zərərli qida kimi təsvir edir.

Bu qırmızı hörümçəklər çiyələklə tamamilə eyni rəngdə olduqları üçün asanlıqla fərq edilmir. Bəzi fermerlər qırmızı hörümçəklərin çiyələklərdə yuva qurmasının qarşısını almaq üçün kimyəvi maddələrdən də istifadə edirlər. Yəni çiyələkdə birdən çox zərərli vəziyyət yaranır.

Məsaməli bir quruluşa sahib olduğu üçün üzərindəki qırmızı hörümçəklər və ya kimyəvi maddələr yaxşı təmizlənmədikcə asanlıqla getmir. Mütəxəssislərin təcili yardım şöbələrində qeydə alınan hadisələrlə bağlı ətraflı araşdırma apararkən bir çox xəstənin ən son çiyələk yediyi öyrənildi. Bununla bağlı açıqlama verən mütəxəssislər çiyələk yeməklə bağlı xəbərdarlıq ediblər. Çiyələk yaxşı təmizlənmədikcə birbaşa yeyildikdə mədə və bağırsaqların çökməsinə səbəb olduğu öyrənilib. Bu, ürəkbulanma, qusma, ishal və dəri səthində blisterlərə səbəb olur. Bundan əlavə, çiyələklərdə yüksək miqdarda likopen olduqda, asanlıqla allergik reaksiyaya səbəb ola bilər.

Antioksidant maddə olan likopen orqanizmə yüksək sürətlə daxil olduqda, immunitet sistemindəki zülal quruluşu ilə ziddiyyət təşkil edir. Bu, immunitet sisteminin çökməsinə səbəb olur.

Daha bir xəbərdarlıq ABŞ alimlərindən gəlib. Buna nəyin səbəb olduğu dəqiq bilinməsə də, ABŞ-da son bir həftədə çiyələk qəbulundan sonra 17 nəfərdə hepatit A virusu aşkarlanıb. Hepatit A orqanizmdə yoluxma riskini artırır, bütün orqanların, xüsusən də qaraciyərin tədricən sıradan çıxmasına gətirib çıxarır. Əgər virusa məruz qalan insanların immuniteti aşağı olarsa, bu, hətta ölümcül nəticələrə səbəb ola bilər. Tez qana qarışan hepatit A virusunun yayılması riski gen faktoruna görə partnyorlar arasında və anadan uşağa ötürülür.

Mənbə: CNN Türk

Tərcümə edən: Gülsər Qədirli


Paylaş
Şərh əlavə et