Bu gün:

Yemək qorxusu – Sibofobiya nədir?


Fobiyaların əksəriyyəti xoşbəxtlik fobiyası və ya digər fobiyalar xarici və ya daxili səbəblərə əsaslanır. Başqa sözlə qorxular daha çox travmalardan qaynaqlanır və ya bunda genetik faktorlar təsirlidir.

Maraqlı və qəribə fobiyalar arasında yer alan sibofobiya yemək qorxusudur. Sibofobiya müəyyən bir yemək və ya içkidən qorxma, vaxtaşırı meydana gələ bilən bir fobiyadır. Sibofobiya yemək qorxusudur. Sibofobiya yemək mənasını verən latın ‘cibo’ sözündən gəlir.

Sitiofobiya (sibofobiya) yemək fobiyasına səbəb olur?

Sitofobiya və ya sibofobiya olaraq adlandırılan yemək fobiyasında insan yanlış məlumat öyrənə, ona inana və yeyib-içməkdən qorxa bilər. Məsələn, bir adam pomidorun çeynəmə səhvinə görə zəhərli olduğunu eşidir, buna inanır və pomidoru yeməkdən, hətta pomidora yaxınlaşmaqdan qorxa bilər. Məsələn, əgər bir şəxs yemək və ya içki qəbul etdikdən sonra qusarsa, bu vərdiş halına gələ bilər və anoreksiya nervoza , anoreksiya bulimiya və ya ortoreksiya nervoza kimi yemək pozğunluqlarına səbəb ola bilər.

Stiofobiya da müəyyən bir qidaya qarşı inkişaf edə bilər. Sibofobiya müəyyən bir qida ilə də əlaqəli ola bilər, məsələn, pendir yemək fobiyası, zeytun fobiyası, qoz-fındıq fobiyası. Adamın bu qida ilə təcrübəsi yoxlanılmalıdır.

Qida fobiyasının əlamətləri hansılardır?

Qida fobiyasının simptomları insandan insana və fobiyanın dərəcəsindən asılı olaraq dəyişə bilər . Bununla belə, əksər fobiyalarda olduğu kimi, tez-tez narahatlıq, gərginlik, ürək döyüntüsü , nəfəs darlığı , tərləmə və ürəkbulanma əlamətləri müşahidə olunur.

Fobiyalara necə qalib gəlmək olar?

Fobiyanın necə meydana gəldiyi sualı burada soruşulacaq ilk şey ola bilər. Bir fobiyanın meydana gəlməsinin səbəbi də həllini gətirə bilər. Daha çox travma nəticəsində yaranan fobiyaların irsi və ətraf mühit faktorlarına əsaslandığı düşünülür.

Beyində kimyəvi maddələr, neyronlar və təcrübələr arasında əlaqə olduğu üçün, fobiyaların necə aradan qaldırılacağı dedikdə terapiya mütləq lazımdır. Hətta heç kimə zərərsiz görünən kitab yığma fobiyası belə müalicə edilmədikdə həm insana, həm də cəmiyyətə zərər verə biləcək bir fobiyadır.

Hipnoterapiya, psixoterapiya, koqnitiv terapiya, NLP və düzgün müayinə edən nevroloqun yazdığı müalicələr ilə fobiyalardan qurtulmaq olar sualının cavabı bəli. Şəxs üçün uyğun bir nevroloq və terapiya üsulu seçilir. Fobiyanın niyə meydana gəldiyinə diqqət yetirilir. Daha sonra təyin olunan müalicə kursuna uyğun olaraq müalicə aparılır. Düzgün müalicədən sonra fobialara son deyəcəksiniz.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et