Bu gün:

Rəng korluğunun əlamətləri nələrdir?


Rəng korluğu müəyyən rənglərin və ya rənglər arasındakı fərqlərin qəbul edilə bilməyəcəyi irsi görmə pozğunluğudur. Rəng korlarının necə gördüyü sualının cavabı belə ifadə edilir: rəng korluğu adətən qırmızı, yaşıl və mavi rənglərdən birini və ya bir neçəsini ayırd edə bilməməsi ilə baş verir.

Rəng korluğu görmə mərkəzində xüsusi piqment molekulunun olmaması və ya həddindən artıq olması nəticəsində inkişaf edir. Adətən X ilə əlaqəli bir gen səbəb olur. Bu səbəbdən rəng korluğunun ana və atadan uşaqlara keçməsi müxtəlifdir. Məsələn, rəng korluğu olmayan oğlanların qızları rəng korluğu olmasa da, rəng korluğunun daşıyıcısıdır. Daşıyıcı qadınların oğullarının yarısı da rəng kor doğulur. Ana rəng kordursa, oğlanlar rəng korluğu ilə doğulur. Əgər ata rəng korluğu, ana isə daşıyıcıdırsa, doğulan hər bir uşağın rəng kor olma ehtimalı 50% olacaq. Genetik ötürülmə ilə yanaşı, rəng korluğuna səbəb olan digər amillər makula degenerasiyası, optik nevrit, baş zədələri, sinir zədələnməsinə səbəb olan sistem xəstəlikləri, ağır metal zəhərlənməsi və bəzi dərmanlardır.

Cəmiyyətdə ən çox rast gəlinən rəng korluğu qırmızı-yaşıl rəng korluğudur. Bu rəng korluğunda yaşıl, sarı, narıncı və qırmızı eyni şəkildə qəbul edilir. Rəng korluğunun nadir və ciddi tipində görmə pozğunluğu proqressivləşir və xəstə bütün rəngləri qara və ağ rəngdə görür. Ümumiyyətlə, rəng korluğu gündəlik həyatda ciddi problem yaratmır. Ancaq bütün dünyada quru və dəniz işarələrində qırmızı-yaşıl rənglər geniş şəkildə istifadə edildiyi və bu rənglərdə əhəmiyyətli xəbərdarlıqlar edildiyi üçün bu rənglərin qavranılmaması həyati təhlükə yarada bilər. Bundan əlavə, ciddi rəng korluğu olan insanlar rənglərlə bağlı müəyyən işlərdə işləyə bilməzlər.

Mənbə: Memorial

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et