Bu gün:

Şəkərin zərərli təsirləri


Şəkərin zərərli təsirləri:

1. Çəki artımı

Şəkər istehlakı çəki artımına səbəb olur. Tədqiqatlar çoxlu kola, şirələr və digər şirinləşdirilmiş içkilərin istehlakı ilə şəkərin zərərli təsirlərinə dəfələrlə diqqət çəkib. Piylənmə dünyada ürək xəstəliklərinin əsas səbəbidir.

2. Depressiya

Şəkərli qəlyanaltılar yemək bədəndə xoşagəlməz bir kimyəvi maddə olan dopamin ifrazına səbəb olur. Yüksək şəkər qəbulu böyüklərdə depressiyaya səbəb olur.

3. Ürək xəstəliyi

Yüksək şəkər qəbulu artan iltihab, yüksək trigliseridlər və yüksək qan təzyiqi səviyyələri ilə əlaqələndirilir. Bütün bunlar ürək xəstəliklərinə qarşı həssaslığın artmasına səbəb olur. Həmçinin, artan şəkər qəbulu ateroskleroza səbəb olan damarlarda yağın çökməsinə səbəb ola bilər.

4. Pis dəri

Şəkər sızanaqları artırır. Qan şəkəri və insulin səviyyələrindəki sıçrayış dərinin qopmasına səbəb olan yağ istehsalını və androgen ifrazını artırır.

5. Diabet riski

Qanda çox şəkər olması insulin müqavimətinə gətirib çıxarır ki, bu da diabetə səbəb olur.Diabetin başqa bir səbəbi də həddindən artıq şəkər qəbulu ilə bağlıdır.

6. Xərçəng xəstəliyi

Tədqiqatlar göstərir ki, yüksək şəkər mühiti hüceyrə çoxalmasının yayılmasına şərait yaradır. Şəkər bədəndə iltihabı artırır və dünyada xərçəng xəstəliyinin artmasına səbəb olur.

7. Dərinin sallanmasına və qırışları artmasına səbəb olur

Yüksək şəkərli pəhriz dərinin sürətlə qocalmasına səbəb olur. Şəkər yeyənlərin, yeməyənlərə nisbətən daha çox qırış və dəri sallanması olur. Dərinin elastikliyindən məsul olan kollageni və elastini zədələyir.

8. Dişlərdə boşluqların əmələ gəlməsi

Diş həkimləri iddia edirlər ki, dişlərdə yaranan boşluqların əsas səbəbi şəkərdir. Hər dəfə şirin bir şey yediyiniz zaman dişlərinizi fırçalasanız belə, yenə də dişlərinizi korlamaq riskiniz var.

9. Oynaq Ağrısı

Oynaq ağrılarından əziyyət çəkən şəxslər şəkər qəbulunu azaltdıqdan sonra ağrı səviyyələrində əhəmiyyətli dərəcədə azalma müşahidə edirlər. 

Şəkərli qidalar qısa müddət ərzində enerji artımına səbəb ola bilər, bu, enerji səviyyələrində böyük dalğalanmalara səbəb olur.

Şəkər qəbulunu azaltmaq üçün məsləhətlər:

1. Qazlı içkilərə, enerji içkilərinə və ya şirələrə yox deyin.

Qara qəhvə için.

2. Şəkər əlavə edilmiş meyvəli yoqurt almaq əvəzinə təzə və ya dondurulmuş giləmeyvəni adi qatıqla şirinləşdirin.

3. Şəkərlə şirinləşdirilmiş spirtli içkilərdən çəkinin.

4. Daha təzə, bütöv inqrediyentlər əldə etməyə diqqət yetirin.

Əlavə şəkər qəbulunu məhdudlaşdırmağın ən yaxşı yolu evdə öz sağlam yeməklərinizi hazırlamaq və əlavə şəkəri yüksək olan qablaşdırılmış qidalar və içkilər almaqdan çəkinməkdir.

Mənbə: HaberTürk

Tərcümə: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et