Bu gün:

Heimlich manevri


Valideynlər və tərbiyəçilər tərəfindən bir anlıq laqeydlik körpələr və gənc uşaqlar üçün düzəlməz nəticələrə səbəb ola bilər. Xüsusilə 3 yaşından kiçik uşaqlar instinktiv olaraq hər şeyi ağızlarına atdıqları üçün təhlükənin böyüklüyü artır. Qida bu mövzuda bəhanə kimi tez-tez səslənən yad cisimlərdən biridir. Oyuncaq hissələrindən tutmuş qovrulmuş noxud və fındıqlara qədər uşaqlarda hava yollarının tıxanmasına səbəb olan cisimlər arasında bir çox risk faktoru var. 

Tənəffüs yollarının tıxanmasından qorunmaq üçün ən təsirli tədbir uşağı təhlükə yaradan və əlçatan olan əşyalarla tək qoymamaqdır. Qəpiklərr, çınqıllar, mismarlar, boltlar, batareyalar, düymələr, iynələr və oyuncaqlar tez-tez udulan və tənəffüs yollarının tıxanmasına səbəb ola bilən əşyalardır. Daha çox yemək zamanı baş versə də, xüsusilə uşaqlarda oyun oynayarkən və ya tapdıqları şeyləri ağızlarına atdıqda baş verir. 

Heimlich Manevri hansı vəziyyətdə tətbiq olunur?

Heimlich manevri boğazı və ya nəfəs borusu (traxeya) yad bir cisim səbəbiylə tıxanmış bir insanın qarın nahiyəsinə təzyiq edərək tənəffüs yolunu açmağı hədəfləyən ilk yardım üsuludur. Tənəffüs yollarının obstruksiyası ya “tam maneə” və ya “qismən maneə” ola bilər. Tıxanma nəticəsində şüur sürətlə pisləşə və təcili müdaxilə edilmədikdə həyati təhlükəsi olan vəziyyətlərə yol aça bilər. Bu zaman xəstə nə baş verdiyini izah etmək və ya ifadə etmək iqtidarında olmur. Vaxtında və düzgün müdaxilə edilməzsə, həyat qurtarılsa belə, müəyyən müddət ərzində beyinə və digər həyati orqanlara oksigen çatmaması səbəbindən iflic kimi qalıcı problemlər yarana bilər. Nəfəs ala bilməmək, ağrıdan əlləri boyuna tutmaq, danışa bilməmək “tam maneənin” əlamətləridir. Bu vəziyyətdə “Heimlich manevri” tətbiq olunur. Qismən obstruksiyada öskürək baş verir. Nəfəs alma və danışma problemi olmur. Nəfəs alma və öskürək zəifləsə və ya yox olarsa, göyərmə aşkar edilərsə, dərhal tədbir görülməlidir.

Heimlich Manevri zamanı nəzərə alınmalı olanlar:

Boğulma hallarında beyinə 4 dəqiqədən çox oksigen çatışmazlığının beyin zədələnməsinə və ölümə səbəb olduğu qəbul edilir. Bu səbəbdən hər kəsin boğulmaya qarşı ilk yardım yollarını bilməsi vacibdir. Mütəxəssislər suda boğulma zamanı qarın nahiyəsinə təzyiq göstərməyi məsləhət görürlər. Tam tıxanma hallarında Heimlich manevrinin ediləcəyi şəxsin vəziyyəti vacibdir.

İlk tibbi yardım göstərəcək şəxsdən asılı olmayaraq, Heimlich manevrindən sonra boğaz və tənəffüs yollarına fiziki zərərin olmaması üçün tibbi yardım göstərilməlidir. Boğulmuş kimi görünən şəxs şüurludursa və öskürürsə, o, əşyanı özü çıxara bilər. Bu vəziyyətdə Heimlich manevri edilməməlidir.

Heimlich manevrini necə yerinə yetirmək olar?

Əgər insan öskürə bilmirsə, danışa bilmirsə və ya nəfəs ala bilmirsə, xüsusən də əllərini boğazına qoyub boğulduğuna işarə edirsə; Əgər tək deyilsinizsə, yanınızda olan insanı tibbi yardıma çağırın. Əgər təksinizsə, ilk yardıma başlayın:

1.Xəstənin arxasında dayanan. 

2.Xəstəyə irəli əyilməyə icazə verin. 

3.Ovucunuzu istifadə edərək, xəstənin arxasına (çiyinlərin arasına) 5 dəfə tez və güclə vurun. 

4.Tıxanmanın açılıb-açılmaması yoxlayın, açılıbsa, proses dayandırın.

Mənbə: acibadem.com.tr 

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et