Bu gün:

Omeqa-3 səviyyəniz aşağıdırsa, belə simptomlarla qarşılaşa bilərsiniz!


1. Depressiya

Omeqa-3 yağı beyin funksiyalarının inkişafında çox təsirlidir. Əskik olduqda, enerjiniz tükənmiş, yorğun, qəzəbli hiss edə bilərsiniz

2. Diqqət Dağınıqlığı

Xüsusilə diqqətinizi heç bir şeyə cəmləyə bilmirsinizsə və diqqətinizi yayındırırsınızsa, səbəbi yağ turşularının səviyyəsi aşağı düşməsi ola bilər.

3. Yuxusuzluq

Bədənə enerji verən və beyin funksiyalarının daha yaxşı işləməsini təmin edən Omeqa-3 çatışmazlığı da yuxu problemlərinə səbəb ola bilər.

4. Üşütmə

Bədəni soyuq havadan qorumağa kömək edən yağ turşuları azaldıqda əl və ayaqlarınızda soyuqluq və isinməmə problemləri olur.

5. Kəpəklənmə

Baş dərisinin quruması səbəbindən kəpək yarana bilər. Omeqa-3 yağları həm dərininizi,həm də saçınızı gücləndirir.

6. Dırnaqların Qırılması

Vitamin və mineralların udulmasını sürətləndirən Omeqa-3 çatışmazlığı olduqda, dırnaqlarınız daha həssas və tez qırılan olur.

7. Saç Tökülməsi

Saçınız tökülür və cansız görünürsə,Omega-3 istifadə etmək saçlarınız da gözlə görünə biləcək qədər təsir bağışlayacaq

8. Dəri Problemləri

Üz problemlərinin bəziləri quruluq və ya qidalanmadan qaynaqlana bilər. Omeqa-3 dəri üçün çox faydalıdır və onu daha canlı göstərir.

Mənbə: Habertürk

Tərcümə: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et