Bu gün:

Niyə barmaqlarınızı şaqqıldatmaq istəyirsiniz?


Oynaqların şaqqıldatmaq vərdiş halına gələ bilər. Gərgin və stresli olduğunuz zaman səsini eşitmək sizə rahatlıq hissini yaşada bilər.

Bəs Barmaqları Şaqqıldatmaq Zərərlidir?

Aparılan araşdırmalara görə, barmaqlarını şaqqıldadanlarla şaqqıldatmayanların sümükləri arasında heç bir fərq yoxdur. Çox nadir hallarda, son dərəcə şiddətli şaqqıldatma səbəbindən dislokasiyalar və tendon zədələri görünə bilər.

Oynaq ağrılarına səbəb ola bilərmi?

Barmaqları şaqqıldatmaq daimi vərdişə çevrilərsə, bu dəfə bağların boşalması baş verə bilər və əlin tutma gücü azala bilər.

Şaqqıldatdığdan sonra oynaqlarda ağrı, şişlik və hərəkətin məhdudlaşdırılması ilə qarşılaşsanız, həkimə müraciət etməlisiniz.

Mənbə: HaberTürk

Tərcümə: Lamiyə Cənnətzadə

Paylaş
Şərh əlavə et