Bu gün:

Rəng korluğu olan insanlar necə görür?


Anopiya rəng görmə ilə əlaqəli hər üç qozanın olmadığı bir vəziyyətdir. Bu vəziyyətdə tamamilə rəng korluğu olan insan yalnız ağ və qara görür.

Bir çox insanlar rəng kor olduğunu özləri dərk etmirlər. Piqment çatışmazlığının dərəcəsindən asılı olaraq, normala yaxın görmədən həddindən artıq qarışıqlığa qədər dəyişə bilər. Bir çox hallarda, xüsusilə zəif işıqlandırma olan mühitlərdə canlı rənglər solğun rənglərlə qarışdırıla bilər. Çox nadir hallarda insan yalnız qara, ağ və boz çalarları görür.Vizual reseptorlar işıq enerjisinin müəyyən dalğa uzunluqlarına həssasdırlar. Bu reseptorlar əsasən iki ayrı qrupda araşdırılır.  Bunlardan gecə görmə və qaranlığa uyğunlaşma üçün cavabdeh olanlara "bacilli", parlaq görmə və görmə kəskinliyinə cavabdeh olan reseptorlara isə "konus" reseptorları deyilir.  Konus reseptorları 3 qrupa bölünür və 3 əsas rəng aşkar edir.Bu rənglər qırmızı,yaşıl,mavidir. Hər bir reseptora təsir edən işıq dalğalarının diapazonu geniş olduğundan, gözlərimizə çatan işıq dalğaları ümumiyyətlə birdən çox konus reseptorunu stimullaşdırır.

Bu üç rəngi qarışdırmaqla müxtəlif rəngləri tanıya bilərik.Bir insanın rəng görmə qabiliyyətində yalnız iki konus hüceyrəsi varsa və bu iki rəngi və onların qarışıqlarını görürsə, bu rəng görmə növü "dikromatik rəng görmə"adlanır.Məsələn, qırmızı rəngi fərqləndirən konus hüceyrəsi olmadıqda, yalnız tünd görünür. Qırmızı rəng qəbul edilə bilməz.İnsanın gördüyü rənglərə "dikromatik rəng görmə" deyilir.Rəngə gəldikdə isə yaşıl,mavi və bu iki rəngin qarışığı ilə görülən rənglərdir

Mənbə: İstanbul retina

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et