Bu gün:

Bəzi insanlar niyə solaxay olurlar?


Solaxaylıq bədənin sol yarısının hərəkətlərdə, incə işlərdə və vizual və eşitmə qavrayışlarında kortəbii istifadəsidir.
Solaxay insanlar yazarkən və ya rəsm çəkərkən sol əllərindən, topa vurarkən və ya təpikləyərkən sol ayaqlarından, telefonla danışarkən sol qulaqlarından istifadə edirlər.

Cəmiyyətdə solaxayların nisbəti ölkədən-ölkəyə fərqli olsa da, dünya əhalisinin 6-13 faizinin solaxay, orta hesabla 10 faizinin isə solaxay olduğu təxmin edilir.

Solaxaylıq kişilərdə qadınlara nisbətən daha çox olur. Anaları solaxay olan uşaqlar daha çox solaxay olurlar.

Ölkəmizdə aparılan araşdırmada solaxayların nisbətinin yüzdə 5,5 faiz olduğu təsbit edilib.

Solaxaylığa nə səbəb olur?
Solaxaylığın formalaşması ilə bağlı çoxlu nəzəriyyələr var. Bunların arasında yaradılış və vərdiş nəzəriyyələri ən populyardır.

Yaradılış nəzəriyyəsini dəstəkləyənlər, solaxaylığın irsiyyət, qeyri-bərabər daxili orqanlar, bədənin hər iki tərəfindəki təmiz qan damarlarının eyni sürətlə inkişaf etməməsi, qol sümüklərinin eyni ölçüdə olmaması və bədəndəki fərqliliklər ola biləcəyini iddia edirlər. Uşağın doğulmazdan əvvəl bətnindəki vəziyyəti də buna aiddir.

Vərdiş nəzəriyyəsi isə uşağın sağ və ya sol əlini öyrənmək üçün istifadə etməsini, yəni valideynlər və ya tərbiyəçilər tərəfindən uşağa verilən vərdişlərlə əlaqələndirir.

Bu nəzəriyyələrə görə, solaxaylıq pis bir vəziyyət deyil.

Tərcümə: Günay Ələsgərova 

Mənbə: azinlikca1.net

Paylaş
Şərh əlavə et