Sumaq salatlarda və müxtəlif yeməklərdə tez-tez istifadə edilən ədviyyatlardan biridir. Sumaq bitkisinin meyvəsini qurudub üyüdərək əldə edilən ədviyyatdan turş kimi də istifadə etmək olar.

Sumaq nədir?
Sumaq türk mətbəxində geniş istifadə olunan ədviyyat kimi də tanınır. Yeməklərə, salatlara şirin və turş dad vermək üçün istifadə edilən sumaq türk mətbəxinin əvəzolunmaz ədviyyatları sırasındadır. Demək olar ki, hər torpaqda bitən bu ədviyyatın cəmi 150 növü var. Yalnız iki növü isə qeyri-toksikdir.
Araşdırmalar göstərib ki, sumaq da limon kimi antioksidant xüsusiyyətlərə malikdir. Eyni zamanda, mütəxəssislər vurğulayırlar ki, yuxarı tənəffüs yolları xəstəlikləri zamanı dərman istifadə etmədən sumaq şirəsi ilə də müalicə oluna bilər.
-Qanda insulin miqdarını tarazlaşdırır. Bu xüsusiyyəti sayəsində diabet və yüksək təzyiq xəstələrinin qəbul etməli olduğu qidalar sırasındadır.
-Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəlikləri zamanı anidən yaranan yüksək hərarəti aşağı salaraq beyin sağlamlığını qorunmasında böyük rolu olur.
-Həftədə bir stəkan istifadə edilən sumaq şirəsi sinir sistemində deformasiyaya uğramış hüceyrələrin sayını azaltmaqla sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin, yorğunluq, stress və depressiya kimi xəstəliklərin baş vermə riskini də azaldır.
-Qida zəhərlənməsi zamanı sumaq ədviyyatını qaynadıb içmək çox faydalıdır. Həm mədənizi, həm də bağırsaqlarınızı təmizləyir, sidik və defekasiya ilə zəhərlənməyə səbəb olan zərərli bakteriyaları təmizləyir.
-Həzmi tənzimləmə xüsusiyyətinə malik olan sumaq şirəsindən arıqlamaq üçün də istifadə edə edilə bilər.
-Anoreksiya problemi olan uşağınızın ayda bir dəfə sumaq şirəsi içməsi də vacibdir. Həm uşağınızın bədən müqavimətini artırır, həm də iştahını açaraq daha sağlam qidalanmasına kömək edir.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
