Bu gün:

Mövsümi allergiya: vəziyyəti necə yüngülləşdirmək olar?


Bahar təbiətin oyandığı gözəl vaxtdır. Ancaq bir çox insanlar bu müddətdə həzz ala bilmirlər. Onlara Pollinoz – bitki poleninə qarşı allergik reaksiya nəticəsində yaranan xəstəlik maneə olur.

Allergik bitkilərin poleninin havada göründüyü dövr mövsümi allergiyadan əziyyət çəkən insanlar üçün əsl sınağa çevirilir. Onun əsas göstəriciləri burun axması və tutulması, asqırma, qızartı, şişlik və göz qapaqlarının qaşınmasıdır.

Göstəriciləri aradan qaldırmaq üçün nə edilə bilər:

1. Bitki poleninə qarşı allergiyadan şübhələnirsinizsə, mütləq həkimə müraciət edin.

Allerqoloq-immunoloq müayinə keçirəcək, reaksiyaya səbəb olan alergenləri müəyyən edəcək, dərmanlar təyin edəcək və gündəlik həyatla bağlı tövsiyələr verəcəkdir. Kəskinləşmə dövründən ayrı da mütəmadi olaraq həkimə müraciət edin.

2. Mövsümi allergiyanın kəskinləşməsinin qarşısını almağın ən radikal (və effektiv) yolu iqlim qurşağının müvəqqəti dəyişdirilməsidir. Sadəcə olaraq, əgər “allergeninizin” çiçəklənmə müddətinin ortasında bir yerə gedə bilsəniz – bunu edin.

3. Əgər tərk edə bilmirsinizsə, həyatınızı və gündəlik işinizi polenlə təmas ehtimalını minimuma endirəcək şəkildə təşkil edin:

 • açıq havada vaxtınızı məhdudlaşdırın;

 • təbiətə (kəndə, meşəyə, bağ evinə, piknikə) səyahətlərdən çəkinin;

 • pəncərələri bağlı saxlayın (qapalı yerlərdə, avtomobillərdə);

 • evdə hava təmizləmə və filtrasiya sistemləri quraşdırın, pəncərələrdə xüsusi torlardan istifadə edin;

• gündəlik nəm təmizləmə aparın;

 • küçədən qayıtdıqdan sonra mütləq duş qəbul edin, saçınızı yuyun və paltarınızı dəyişin; ağzınızı yaxalayın, gözlərinizi və burnunuzu yuyun;

 • təzə meyvələr, qoz-fındıq, göyərti və ədviyyatlar, kvas, bal yeməkdən çəkinin (bir çox bitki qidalarında çarpaz reaksiyalara səbəb olan əlaqəli molekullar var). Fitoterapiya (bitkilərlə müalicə) və təbii bitki komponentləri olan kosmetik vasitələrdən istifadə etməyin.

4. İnternetdə və mobil proqramlarda ixtisaslaşmış resurslardan istifadə edərək ətraf havada polen-allergenin konsentrasiyasını izləyin. Hər il bitkilərin çiçəklənməsi hava şəraitindən asılı olaraq müxtəlif vaxtlarda başlaya və bitə bilər.

5. Bitkilərin çiçəkləmə mövsümündən ayrı vaxtlarda aktiv həyat tərzi keçirin.

Daha tez-tez açıq havada olun, idmanla məşğul olun, mümkün qədər çox müsbət emosiyalar və təəssüratlar qazanın.?

Mənbə: kp.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et