Bu gün:

Musiqinin uşaq inkişafına təsiri


Uşaqlarda musiqi təhsilinin faydaları 

Körpələr ana bətnində 21-ci həftəni tamamlayanda eşitmə qabiliyyəti inkişaf edir. Onlar hələ ana bətnində ikən ətrafdakı melodiyaları eşitməyə və qavramağa başlayırlar. Çöldən və içəridən gələn bütün səslərə açıq olan körpə musiqini hələ doğulmadan anlayır. Körpə musiqinin hiss etdirdiyi duyğularla gülür, ağlayır, yatır və reaksiya vermə dövrünə girir.

Daha sonra uşaq valideynlərinin və ya ətrafdakıların çaldığı alətlə özünü müşayiət edərək ritm tutmaq və rəqs etmək bacarığını inkişaf etdirir. Musiqini qavramaq və beyindəki hərəkətləri ilə əlaqələndirmək dövrünə qədəm qoyurlar. Problem həll etmək, bir-birinin ardınca gələn səsləri qavramaq və ayırd etmək bacarıqları inkişaf edir.

Musiqi də yaxşı beyin məşqidir. Yadda saxlama bacarıqlarını yaxşılaşdırır. Məktəbəqədər yaşda olan uşaqlarda inkişaf etmiş kiçik əzələlər və motor bacarıqları tələb edən alətlərlə (fortepiano təhsili, gitara məşqi və s.) məşğul olmaq uşaqların ayaqqabılarını, paltarın düymələrini bağlamaq kimi işləri yerinə yetirmələrində faydalı olur. 

Mənbə: perlasanat.com

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et