Bu gün:

“Ürək-damar xəstəlikləri riskini azaldır”: dietoloq kababın sağlamlıq faydalarından danışdı


May tətilləri manqal mövsümünü açmaq vaxtıdır. Təbiətdə edəcəyiniz pikniki nəinki dadlı, həm də faydalı etmək haqqında Samara vilayətinin Səhiyyə Nazirliyinin baş müstəqil qidalanma mütəxəssisi, Samara Dövlət Tibb Universitetinin Klinikasının dietoloqu Olqa Sazonova məlumat verib. Samaradan olan dietoloq Olqa Sazanova,-“Əgər bişirmə prosesinə düzgün yanaşılsa, kabab faydalı ola bilər”,-dedi. 


Həkim əti yalnız baytarlıq-sanitariya nəzarəti və onun düzgün saxlanması üçün şərait olan mağaza və ya bazarlardan almağı məsləhət görür. Yağsız ət və ya balıq seçmək lazımdır, məsələn: hinduşka, toyuq, mal əti. Əsas odur ki, sizə, həqiqətən, təzə ət satmağa çalışdıqlarına diqqət edin.

Bişirilməsinə düzgün yanaşsanız, kabab bədənə fayda verə bilər. 

"Ət və ya balığın kömürdə bişirilməsi qida əlavələrini saxlayaraq yağ əlavə etmədən bişirməyə və artıqlıqlardan qurtulmağa imkan verir",- deyə Olqa Sazonova vurğulayır.

Kababı mütləq özünüz marinadlamalısınız – mağazadan aldığınız artıq marinadlanmış ət təzə olmaya bilər və tərkibində rəngləndiricilər, konservantlar və dad artırıcıları mövcud ola bilər. Qızartmağa yalnız kömürlər yaxşı yandıqdan sonra başlamalısınız, əks halda tüstünün tərkibindəki zərərli maddələr ət parçalarına çökəcək. Məhsulu da içində qan qoymadan yaxşı qızartmaq lazımdır.

"Düzgün bişirilmiş kabab anemiyanın, qan-damar xəstəliklərinin, ateroskrelozun yaranma riskini azaldır, hemoqlobinin səviyyəsini normallaşdırır, və immuniteti yüksəldir", - Olqa Sazanova deyib.

Garnitür olaraq diyetoloq təzə pomidor, xiyar, çoxlu göyərti və tərəvəz yeməyi məsləhət görür ki, onlar da qrildə bişirilə bilər.

Diyetoloq əsas yeməyin yanında qrildə də bişirilə biləcək təzə pomidor, xiyar, çoxlu göyərti və tərəvəz yeməyi məsləhət görür.

Piknikinizi pozmamaq üçün qaydalara riayyət etmək lazımdır:

-Yeməyi hazırlamadan əvvəl əllərinizi və məhsulları yaxşı yuyun.

-Qida zəhərlənməsinin qarşısını almaq üçün kababının hazırlanmasında iştirak edən qablar, bıçaqlar və kəsici lövhələrdən digər məhsulları kəsmək və bişirmək üçün istifadə etməyin.

-Mümkün qədər az spirtli içki için, xüsusən də, isti havalarda və günəşin altında.

-Kifayət qədər su için.

Mənbə: kp.ru

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et