
Amerika Ürək Dərnəyinin nəşr etdiyi araşdırmaya görə, təbiətin bizə təklif etdiyi ət əvəzediciləri kimi təsvir edilə bilən qidalar araşdırılıb. Bəs, bu qidalar ətdən daha sağlamdırmı?
Ət əvəzinə yeyə biləcəyiniz protein mənbələri bunlardır:
Mərci, noxud, lobya və qoz-fındıq ət əvəzedicilərinə sağlam alternativ olan təbii protein və lif mənbələridir. Salatınıza bir az noxud əlavə edin. Qarnir olaraq istifadə edin. Kartof və düyü əvəzinə qarnir olaraq bir neçə qarışıq lobya istifadə edin.
Pensilvaniya Dövlət Universitetinin qidalanma professoru Penny Kris-Etherton, "Ətin tərkibindəki zülal yüksək bioloji dəyərə malikdir, lakin paxlalılardakı zülal da keyfiyyətli zülaldır",- dedi.
Paxlalılar ailəsinə aid bitkilərin toxumu olan paxlalılar kifayət qədər sağlamdır. Üstəlik, onların yüksək lifi və zülalı toxluq hissini artırır ki, bu da daha az yeməyə kömək edir.
Mənbə: Habertürk
Tərcümə etdi: Sayad Qoşnalıyeva
