Bu gün:

Şəfa mənbəyi-kəklikotu


 Ölkəmizdə asanlıqla yetişdirilə bilən kəklikotu hər evdə olur. Ətirli qoxusu ilə ət yeməklərinin bəzəyi olan kəklikotu həm çay kimi, həm də suyu ilə tez-tez qəbul edilən şəfalı ədviyyat növüdür. İnfeksiyaları, bakteriyaları, göbələkləri, sızanaqları, təzyiqi, öskürəyi və bir çox başqa sağlamlıq problemlərini bir anda yox edəcək kəklikotu bitkisinin möcüzəvi faydaları...
Kəklikotu çayının müalicəvi gücü ilə yanaşı ağrı kəsici, qızdırmanı salmağa kömək edən və həzmi asanlaşdıran təsirlərindən faydalanmaq mümkündür. Virus əleyhinə xüsusiyyətləri ilə soyuqdəymə və infeksiyalara qarşı min illərdir istifadə edilən kəklikotu çayı evdə dəmlənərək qəbul edilə bilər. Kəklikotu yarpaqlarından əldə edilən yağ öskürək üçün təbii vasitə kimi istifadə olunur. Maqnezium, kalsium, kalium, manqan, sink və dəmir kimi zəngin mineral quruluşa malik olan kəklikotu bitkisi, tərkibindəki timol adlı yağ sayəsində orqanizm üçün antiseptik xüsusiyyətlərə malikdir. Antibakterial və antimikrobiyal xüsusiyyətlərə malik olan kəklikotu çayının faydaları arasında orqanizmin virus yükünün azalması da var. Qrip, herpes, hepatit, shingles, HPV kimi bir çox virusa qarşı təsirli olan kəklikotu çayı orqanizmin viruslarla mübarizəsində dəstəkləyici xüsusiyyətləri ilə ön plana çıxır.
Mənbə: Habertürk
Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et