
Araşdırmalara görə, müəyyən nisbətlərdə stressi azaltmaq üçün müşahidə edilən fəaliyyətlər var. Bu fəaliyyətlər stresli və kədərli günlərdə edilərsə, narahatlığı çox azaldır.
Heyvan sevmək: Heyvanları sevmək insanların stresini 38 faiz azaldır.
Rəsm çəkmək: Stressi rəsm çəkərək aradan qaldırmaq, narahatlıq və kədərinizi 45 faiz azaltmağa kömək edir.
Kitab oxumaq: Stresli bir günün ardından fikrinizi təmizləmək üçün kitab oxumaq yaxşı seçim ola bilər. Kitab oxumaq stressi 68 faiz azaldır.
Qucaqlamaq: Sevdiyiniz insanı qucaqlamaq stressinizi 60 faiz azaldır. Qucaqlaşmağın bədən və ürək üçün də bir çox faydası var.
Musiqi dinləmək: Gərgin hiss etdiyiniz zaman sevdiyiniz mahnıya qulaq asmaq stressinizi 63 faiz azaldır. Musiqi dinləmək və sürətli gəzinti əlavə narahatlığınızı azaldacaq.
Yalnız səyahət etmək: Yeni yerləri görmək və kəşf etmək maraq oyadır, buna görə də sizi stresli mühitinizdən uzaqlaşdırır. Xüsusilə, öz qərarlarınızı verdiyiniz səyahət stressinizi 76 faiz azaldacaq.
Mənbə: Habertürk
Tərcümə etdi: Sayad Qoşnalıyeva
