Bu gün:

Ağrı kəsicilər ağrılı bölgəni necə tapır?


Açar-kilid bənzətməsi tez-tez müxtəlif bioloji proseslərin necə baş verdiyini izah etmək üçün istifadə olunur, məsələn, fermentlərin fəaliyyəti. Ağrı kəsicilərin ağrılı bölgəni necə tapması da eyni bənzətmə ilə izah edilə bilər.


Hüceyrələrin səthində yüzlərlə, bəzən hətta minlərlə atomdan ibarət zülallar var. Fərqli protein molekulları fərqli formalara malikdir. Eyni zamanda müxtəlif ağrıkəsicilərin tərkibində olan kimyəvi molekulların formaları da bir-birindən fərqlidir. Dərmanların tərkibindəki kimyəvi maddələr açar kimidir. Onlar yalnız özlərinə uyğun formaları olan zülallara (kilidlərə) bağlanırlar.


Ağzımız ilə qəbul etdiyimiz ağrıkəsicilərin tərkibindəki kimyəvi maddələr qan ilə qarışdıqdan sonra bütün bədəndə dolaşmağa başlayır. Fərqli hüceyrələrin səthində fərqli zülallar olduğundan, ağrıkəsicilərin tərkibindəki molekullar təsadüfi hüceyrələrə bağlanmır, lazımi zülallara malik hüceyrələri tapana qədər hədəflərini axtarmağa davam edirlər. Elektornlar da dərmanların düzgün hüceyrələrə bağlanmasında rol oynayır. Dərman molekulları və zülalların bir-birinə bağlanan hissələri əks yüklü olduqları üçün bir-birilərini cəzb edirlər.


Mənbə: bilimgenc.tubitak

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et