Bu gün:

Pablo Pikasso- "Qoca gitaraçı"


"İncəsənətin inciləri" rubrikası Pablo Pikassonun "Qoca gitaraçı" əsəri ilə davam edir... 

1800-cü illərin sonlarında Pablo Pikasso Madriddəki təhsilini yarımçıq qoyub Kataloniyada məskunlaşdı. Burada iki il birlikdə yaşadığı və sənət yollarında yoldaş olduğu Kasagemasla tanış oldu. O zaman Kasagemas narkotik və alkoqol vərdişləri ilə mübarizə apararkən, çarəni Pikassoda tapacaqdı.

Bu iki yaxın dost İspan Modernizminin dəbdə olduğu dövrləri təmsil edəcəkdi. Kasagemasın depressiv şəxsiyyəti tanış olduğu gözəl qadın Germainedən təsirlənəcəkdi. Pikasso yavaş-yavaş vəziyyəti anlamağa başladı. Karlos bu qadınla ruhundakı əskik parçanı tamamlaya biləcəyinə inanırdı.

Bu platonik vəziyyət Karlosu günü-gündən daha da kədərləndirirdi və dostu Pikasso sevgisi uğrunda mübarizə aparan bu insana kömək edə bilmirdi. Pikasso Karlosla Malagaya qısa bir səyahətə çıxacaqdı, lakin sonradan məlum olduğu kimi, model Germaine üçün bu sevgi baş tutmayacaqdı.

Həm Germaine, həm də Pikasso bir neçə həftə sonra Parisə qayıdanda Karlosu sonuncu dəfə görəcəkdi. Karlos həll yolunu intiharda tapacaqdı. Dostunun intiharından sonra Pikasso depressiyaya düşüb və bu, onun mavi tonlarında əks olunub. Ölüm mövzulu əsərləri ilə böyük bir sərgi açılsa da, dostunun ağrısını əsərlərində əks etdirməyə davam edəcəkdi.

Pikasso üçün "Mavi dövr" onun sənətinin öz həyatı ilə bir bütöv olduğunu və azad olduğu qədər də buxovlarda olduğunu sübut etdi. Bütün əsərlərində soyuq bir mavilik və kədər hakim idi. Onsuz da gənc yaşlarında bacısının ölümündən sarsılan rəssam üçün fiqurlarındakı incəlmiş, uzadılmış və sadələşdirilmiş duruşlar yeri-göyü dağıtmaq cəhdi idi.

Sirklərdə akrobatlar da çəkdiyi "Mavi dövr"də Pikasso üçün yoxsulluq dövrü idi. Gənc yaşlarında rəssam atasını geridə qoyan, məşhurlaşan və çoxlu təriflər alan rəssamın qısa müddətdə yaşadığı sarsıntılar səbəbindən depressiv tablolar çəkdiyi düşünülür. Bu dövr - 1902-1903-cü illər Henri Matisse ilə görüşməmişdən əvvəl onun El Grekoya bənzədiyi deyilən dövrdür. Parçaya gəldikdə, kədərdən əyilmiş qoca sadəcə çalmaqdansa, akkordlara simlərə toxunaraq təsvir edilmişdir. Onun kasıb paltar geyinməsi və mavinin yaxın, soyuq çalarlarından istifadə edilməsi diqqət çəkir.

Pikasso kəskin həndəsi xətlərlə fon və fiqur arasında fərq qoydu. Kişinin sol çiyninin ortasında divar başlayır və bucaq kölgəsi orada əks olunur. Gitaranın qəhvəyi gövdəsi rəsmdəki yeganə rəng dəyişikliyini təmsil edir.

Gitara onun korluğuna simvolik olaraq laqeyd qalaraq tablonu tamamilə doldurur. Qoca gitaraçının qeyri-mütənasib şəkildə uzadılmış qolları və ayaqları, lakin mütənasib şəkildə böyüdülmüş başı, sümüklü bədəni, boynu və çənəsinin qabarıqlığı Pikassonu bir daha El Grekoya yaxınlaşdırır. Texniki araşdırmalar və sənət tarixi tədqiqatçılarının fikirləri işığında bu əsərin altında Pikassonun daha iki əsərinin olduğu üzə çıxıb. Yenə narahat, kədərli və məzlum deyə biləcəyimiz qadın portreti qeyri-müəyyən görünür. Üz və ayaqlar istisna olmaqla fiqur tam görünməsə də, "Mavi dövrə" uyğun bir əsərdir. 

Bəzi incəsənət tarixçiləri rəsmdə qoca sənətkarın yalqız həyatını və kariyerası ilə bağlı təbii mücadilələrinin vurğulandığına inanırlar. Bununla sanki musiqi və incəsənət sənətkarları dünyadan təcrid edəcək yük halına gəlir. Lakin bu təcridolunmaya rəğmən, qoca sənətkar sağ qalmaq üçün həm də cəmiyyətdən asılıdır. Beləcə, qoca gitaraçı insan varlığının alleqoriyasına çevrilib. Bütün bu duyğularla Picasso öz çətin vəziyyətini və dövrünün cəmiyyətinə etdiyi tənqidləri əks etdirir.

Rəsm X-ray şüalanması ilə analiz edilərkən, bu rəsmin altında digər rəsmlərin olduğu aşkarlanmışdır. Onlardan biri, başını əyərək dayanmış bir qoca qadın, uşağı yanında oturmuş başqa bir gənc qadın və sağda bir heyvan rəsmidir.

Pablo Pikasso dostunun intiharından sonra, çox kədərlənmiş, depressiyaya düşmüş və illərlə özünü təcrid etmişdir. Onun kasıb və yoxsulluq içərisindəki həyatı küçə insanları, dilənçilər və digər aşağı təbəqəni daha yaxşı hiss etməsinə səbəb olmuşdur.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.tarihlisanat.com/pablo-picasso-ve-yasli-gitarist/

Paylaş
Şərh əlavə et