Bu gün:

Qozun faydaları


Sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Qoz ağacında yetişən tək toxumlu, yumru, bərk və qabıqlı meyvədir.


Qoz şorbalara, salatlara, bişmiş yeməklərə  əlavə edilə bilər. Tərkibində maqnezium, dəmir, natrium, kalium, sink, C vitamini və B vitaminləri kimi faydalı minerallar var. Qozun çəkisinə görə 65%-i yağ, 10%-i isə zülaldır. Qoz çoxlu doymamış yağlarla zəngindir. Linoleik turşusu adlanan omeqa-6 yağ turşusu da bu siyahıya daxildir. 

Qozun faydaları saysız-hesabsızdır.

• Xərçəngin qarşısını alan qidalardan biri olan qoz bir çox xəstəliklərin qarşısını almağa kömək edən xüsusiyyətlərə malikdir.


• Omeqa 3 yağ turşularının ürək sağlamlığını yaxşılaşdırmaq üçün faydaları olduğu məlumdur. Qozda olan omeqa 3 yağ turşuları ürəyin sağlamlığını qorumağa kömək edir. Omeqa 3 yağ turşuları selenium və yod ilə birlikdə beynin optimal işləməsinə kömək edir.


• Qozun faydaları arasında demans və epilepsiya kimi xəstəliklərin qarşısını alması da var. Buna görə də qozun ürək üçün çox faydalı olduğunu dəfələrlə vurğulayırıq. 


• Qoz sizə toxluq hissi verir. Bu çəkiyə nəzarət etməyə kömək edir.


• Qoz da maddələr mübadiləsini yaxşılaşdırır. Qoz orqanizmi mis, kalsium, dəmir, selen və sink kimi minerallarla təmin edir. Böyümə və inkişaf, həzm və nuklein turşusu sintezi kimi metabolik fəaliyyətləri asanlaşdırır. 


• Qozun faydaları müntəzəm olaraq istehlak edildikdə artır və immunitet sistemini gücləndirir. Dərini uzun müddət parlaq edir və dəridə qırışların yaranmasının qarşısını alır.


• Qozdan istifadə qanda melatonin səviyyəsini artırır, melatonin isə yuxugətirici təsirə malikdir. Beləliklə, qoz yuxu rejiminin yaxşılaşmasına da kömək edir.


• Antioksidant zənginliyinə görə böyürtkəndən sonra ikinci yerdə olan qoz bu antioksidanlar sayəsində kimyəvi maddələrin səbəb olduğu qaraciyər xəstəliklərinin aradan qaldırılmasına və qarşısının alınmasına kömək edir.


Mənbə: npistanbul

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş