Bu gün:

Serotonin sindromu nədir?


Bəzi qida məhsulları var ki, onlar təbii antidepressan olaraq orqanizmdə xoşbəxtlik hormonu olan serotonin istehsal edir. Həmin hormon orqanizmdə normal miqdarda olduqda insanın həyata olan həvəsi artır və özünü xoşbəxt hiss edir. Ona görə də ona xoşbəxtlik hormonu adı veriblər.

Aparılan tədqiqatlar göstərir ki, depressiya, miqren, hiperaktivlik, insulinə həssaslıq, hətta kökəlmənin əsasında serotonin dayanır. Serotonin yüksəldikdə və ya həddən artıq olduqda əhval-ruhiyyə də yüksək olur, bununla yanaşı, qeyri-normal və narahat yuxu, iştahanın azalması, ruhi-psixi sağlamlığın yerində olmaması kimi halların yaranmasına səbəb olur. Serotonin çatışmazlığı depressiv halların yaranmasına, kökəlmə və ya anoreksiya, bulimiya kimi qida pozğunluqlarına da səbəb olur.

“Xoşbəxtlik hormonu” kimi tanınan serotonin əvəzolunmayan aminturşu olan triptofandan yaranır. Triptofan isə orqanizmdə sintez olunmadığı üçün onu qidalardan əldə etmək lazımdır. Zülalla zəngin olan qidaların tərkibindəki triptofan beyin toxumasına çox ləng və az miqdarda keçir, ancaq karbohidratdakı triptofan çox sürətlə mənimsənilir. Serotonin stress əleyhinə təsir mexanizmi ilə əlaqədar olaraq günün müəyyən vaxtlarında qandakı miqdarı dəyişə bilir.

Serotonin sindromu – serotoninin geri alınmasını azaldan antidepresanların istifadəsi zamanı baş verən ciddi bir mənzərədir.

Sindromun əsas simptomları aşağıdakılardır:

1. Əzələlərdə səyrimə;

2. Şüurun bulanıqlaşması;

3.İshal;

4. Tərləmə;

5. Ürək döyüntüsü;

6. Sinədə yanğı hissi;

7. Tutma;

8. Düzənsiz ürək döyüntüsü (aritmiya). 

Yüngül simptomlarda həkimə, ağır simptomlarda isə təcili yardım çağırmaq lazımdır.

Serotonin (xoşbəxtlik) sindromu zamanı depresiya halları yaranır. Bəs depresiyada olan şəxs antidepresanları həkim müayinəsi olmadan qəbul edə bilər?

Antidepresantlardan istifadə edərkən nələrə diqqət edilməlidir?

Antidepresanlar ibuprofen adlı ağrı kəsici də daxil olmaqla bir çox dərmanla qarşılıqlı təsir göstərə bilər. Dərmanı istifadə etməyə başlamazdan əvvəl vərəqəni düzgün oxumaq lazımdır. Dərman təyin etməzdən əvvəl istifadə etdiyiniz dərmanlar barədə həkiminizə məlumat verməlisiniz.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et