Bu gün:

Dünyanın ən böyük milli parkları


Nisbətən böyük ərazini əhatə edən milli parklarda eko-sistemləri insan əli ilə açıq-aşkar dəyişdirmək olmaz. Bitki və heyvan növləri dövlət tərəfindən qorunmalı, müəyyən şərtlər daxilində ziyarətlərə icazə verilməlidir.

Ən böyük milli parklar ABŞ, Braziliya, Yaponiya, Hindistan, həmçinin Avstraliya ərazisində yerləşir. Dünyanın sevimliləri arasında Türkiyədə yerləşən milli park da var.

"Yellowstone" milli parkı

Yellowstone 1872-ci ildə ABŞ-ın keçmiş prezidenti Ulysses S. Qrantın imzası ilə dünyanın ilk rəsmi milli parkı olub. Monqol hökumətinin 1778-ci ildə qurduğu Boqd Xan Uul dağı ən qədim milli park hesab edilir. 

Qoreme Milli Parkı

Dünyanın ən sevimli nümayəndələrindən biri də Erciyes dağı və Həsən dağının süxurları tərəfindən külək və suyun eroziyası nəticəsində əmələ gələn qeyri-adi qaya forması ilə tanınan Qoreme Milli Parkıdır.

İquazu Milli Parkı (Argentina)

Argentina-Braziliya sərhədində, sahəsi 550 kvadrat kilometr olan və dünyanın ən möhtəşəm şəlalələrinin yerləşdiyi İquazu Milli Parkında 200-dən çox canlı növü yaşayır. 

Cənubi Amerikanın ortasında, Argentina-Braziliya-Paraqvay üçlüyünün kəsişmə nöqtəsində yerləşən İquazu şəlaləsi dünyada ən böyük şəlalə sistemi hesab olunur. Su hövzələri haqqında düşünəndə Niaqara və ya Viktoriya şəlaləsi haqqında düşünə bilərik, amma İquazu genişlikdə Viktoriyanı,  uzunluqda isə Niaqaranı üstələyir. Buna görə də, onun UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilməsi təəccüblü deyil. 

Fiordland Milli Parkı (Yeni Zelandiya)

Yeni Zelandiyada yerləşən 14 milli parkdan ən böyüyü olan Fiordland Milli Parkında dağlar, dərələr, göllər, çəmənliklər, çaylar və tropik meşələr yerləşir. Dünyanın ən böyük quşu kimi tanınan və nəsli kəsilməkdə olan Takahe 1948-ci ildə Fiordland Milli Parkında yenidən kəşf edilmişdir. 

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə Kərimli

Paylaş
Şərh əlavə et