Bu gün:

Tarix boyu hansı şəhərlər sağ qalmağı bacarıb?


Dünyanın bir çox şəhərləri min illərdir insanların məskəni olub. Ancaq qurulduğu gündən bu günə qədər insanların davamlı olaraq yaşadığı ən qədim şəhəri müəyyənləşdirməyə çalışsanız, qəti bir cavab tapmaq çətindir.


Əgər bir şəhər dağıdılıbsa, bərpa olunubsa, bir az da köçürülübsə, üzərində tikilib, yenidən dağıdılıb yenidən tikilibsə, eyni şəhərdir, yoxsa yeni şəhər?


Bu fəlsəfi suala çox da sarılmadan cavab axtardığımız zaman dünyanın ən uzunömürlü şəhəri ola biləcək bir neçə fərqli şəhərlə qarşılaşırıq və demək olar ki, hamısı Yaxın Şərqdə yerləşir.


Sağ qalan ən qədim şəhər: Yerixo


Ehtimal ki, baş verməmiş bir döyüşlə tanınan Yerixo şəhəri, ümumiyyətlə, hələ də mövcud olan ən qədim şəhər hesab olunur. Arxeoloji sübutlar göstərir ki, ərazi son minilliklər ərzində çoxsaylı ardıcıl yaşayış məntəqələri tərəfindən işğal edilib. Şəhərin bəzi hissələrinin və onun məşhur divarlarının ilk dəfə təxminən eramızdan əvvəl 9000-ci ildə tikildiyi güman edilir.


Lakin bu strukturları Fələstində İordan çayının qərb sahilində yerləşən indiki Yerixo şəhəri ilə qarışdırmaq olmaz. Yerixonun qədim hissəsi indiki şəhər mərkəzindən təxminən 2 kilometr şimalda yerləşir və Tell es-Sultan kimi tanınır. Şəhərin tarix boyu davamlı olaraq məskun olub-olmaması ilə bağlı bəzi mübahisələr olsa da, onun dünyanın ən qədim şəhərlərindən biri olduğu şübhəsizdir.


Yerixonun rəqibləri: Dəməşq, Hələb və Faiyum


Suriyanın ən qədim şəhərləri üçün də güclü rəqiblər var. Dəməşq əvvəllər ən qədim mübahisəsiz şəhər hesab olunurdu və arxeoloji qalıqlar insanların orada eramızdan əvvəl 9000-ci illərdə olduğunu göstərir. Bununla belə, hazırkı araşdırmalardan ortaya çıxan bir fikir insanların indiki Dəməşqdə təxminən 6000 il sonraya qədər daimi məskunlaşmadığını göstərir.


Digər seçim Hələb ola bilər. Baxmayaraq ki, bu gün ümumiyyətlə müharibələr və münaqişələr ilə bağlıdır, lakin biz qəsəbənin uzunömürlülüyündə faciəli bir dövr yaşayırıq. Arxeoloji qalıqlar insanların Hələb də eramızdan əvvəl VI minillikdən bəri davamlı olaraq məskunlaşdığını göstərir. Lakin o, həqiqətən də İpək Yolunun Qızıl dövründə, eramızın XII əsrindən XV əsrin əvvəllərinə qədər çiçəklənməyə başlamışdı.


Nəhayət, Misirin Fəyyum şəhərini qeyd etmək lazımdır. İlkin olaraq qədim misirlilər tərəfindən Şedet adı ilə qurulan şəhər, timsah tanrısı Sobekə olan vəsvəsələrinə görə yunanlar tərəfindən "Crocodilopolis" (Timsah şəhəri) adlandırılıb. Müasir paytaxt Qahirədən təqribən 130 kilometr cənub-qərbdə yerləşən şəhərin yaxınlığındakı arxeoloji qalıqlar insanların burada təxminən eramızdan əvvəl 5500-cü ildən bəri yaşadığını göstərir ki, bu da onu Misirin ən qədim şəhəri və Afrikanın ən qədim yaşayış məntəqələrindən birinə çevirir.


Mənbə: Chip


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et