Bu gün:

Körpələr niyə gecə yatmır?



Körpələr həyatlarının ilk dövrlərində çox sürətlə böyüdükləri və inkişaf etdikləri üçün günün çox hissəsini yuxuda keçirirlər. Onların gecə yuxuları və gün ərzində qısa yuxular da daxil olmaqla, ümumilikdə 11-17 saat yatması normal sayılır.

Körpələrin çox yatması problem olsa da, yata bilməməsi də hansısa problemdən qaynaqlana bilər. "Körpələr niyə yatmır, yaxud narahat yatır?" sualı yeni ana olan qadınları narahat edən suallardan biridir.

Körpələr narazılıqlarını ağlayaraq ifadə etməyə çalışırlar. Uşaq bezləri çirkli, mədələri ac olanda narahat olurlar və bu da yuxularının pozulmasına səbəb olur. Körpələr soyuqdəymə, qrip kimi xəstəliklərə tutulduqda burun tutulması səbəbindən tez-tez oyana bilərlər.

Yeni ana olanlar təcrübəsiz olduqları üçün, bəzi hallarda qorxa və "niyə uşağım yatmır?" kimi düşüncələrə qapıla bilərlər. Yeni doğulmuş körpələrin maddələr mübadiləsi olduqca sürətlidir. Bu səbəbdən onlar tez-tez acır, nisbətən böyük uşaqdlardan və ya böyüklərdən daha tez-tez ifrazata ehtiyac duyurlar. Deməli, körpələr acdıqları üçün tez-tez oyana bilər. Əgər körpə qidalandıqdan sonra qazı çıxarılmasa, yuxuya getsə belə, narahat yatacaq.

"Niyə körpələr gecə yox, gündüzlər yatır?" sualı da anaları düşündürən bilər. Körpələr dünyaya yeni alışdıqları üçün gecə ilə gündüzü ayırd edə bilmirlər. Onların yuxu rejimi hələ müəyyən edilmədiyi üçün bu problem özünü göstərə bilər. 

Körpələr üz üstü yatarkən özlərini daha təhlükəsiz hiss edirlər, lakin bu mövqe tövsiyə edilmir, çünki ani körpə ölümlərinə ən çox səbəb olan pozisiya məhz üz üstü yatmaqdır.

Mənbə: Medical Park

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et