Bu gün:

Zaman kosmosda yavaş axır? Niyə vaxt nisbidir?


Darıxdırıcı dərsdə olanda vaxtın çox ləng keçdiyini, dostlarla əylənəndə isə saat və dəqiqə əqrəblərinin sürətlə yer dəyişməsinə hamı şahid olub. Bu vəziyyət 1905-ci ildə İsveçrə Patent ofisində çalışan bir məmurun yazdığı məqalədə Nisbilik nəzəriyyəsi adlandırılıb. O vaxt bu zabitin adı naməlum olsa da, indi bütün dünya onun adının  Albert Eynşteyn olduğunu bilir.

Fizikada zaman anlayışının əhəmiyyəti Eynşteynlə birlikdə ortaya çıxıb. Eynşteyn dövrünə qədər qüvvədə olan Nyuton fizikasında üç ölçü və zamandan ibarət məkan anlayışları ayrı-ayrılıqda işlənirdi. Zaman kainatın hər nöqtəsində eyni və mütləq idi. Ancaq Eynşteynin Nisbilik nəzəriyyəsi ilə bu fikir kökündən dəyişdi və beləliklə, tamamilə yeni bir elmə, müasir fizikaya qapılar açıldı. Müasir fizika ilə daha əvvəl üçölçülü olaraq qəbul edilən kosmos anlayışına zaman ölçüsü əlavə olundu və kainat dördölçülü sayılmağa başladı.

Zaman kainatı izah etməyə kömək edən ən mühüm anlayışdır. Lakin həyatın bir parçası olan bu anlayışın bu gün də dəqiq tərifi yoxdur. Bəzi fizikçilər zamanı yalnız beynin onu qavramasından qaynaqlanan bir səhv olaraq gördükləri halda, bəzi fizikçilər isə insanın varlığının təkamül nəzəriyyəsinə əsaslandığını, zamanın gerçəkliyinin isə təkamül nəzəriyyəsi ilə sübut oluna biləcəyini iddia edirlər. Deməli, zaman anlayışını tam başa düşmək üçün hələ bir az daha vaxta ehtiyac var.

Zamanın kainatın hər yerində eyni olmaması fikri fizikanın ən qarışıq və həlli mümkün olmayan məsələlərdən biridir. Bir cisim kosmosda nə qədər sürətlə hərəkət edərsə, həmin cisim üçün zaman qısalmağa başlayır. Cisim işıq sürətinə yaxınlaşdıqca zaman yavaşlayır, işıq sürətinə çatdıqda isə zamanda bükülmə baş verir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et