Bəkməz tərkibindəki vitaminlər, kalsium və maqnezium sayəsində, əslində, bir çox xəstəlik üçün faydalı bir şəfa mənbəyi olaraq bilinir. Tərkibində yüksək miqdarda dəmir sahib olan bəkməz qadınların aylıq menstrual sikllərinə böyük dəstək verməklə yanaşı, menstruasiya əlamətlərinin orqanizmə mənfi təsirlərindən qoruyaraq sancı və ağrıları aradan qaldırır.

B qrupu vitaminləri, kalsium və maqnezium ilə zəngin olduğu üçün serotonin səviyyəsini artırmağa kömək edən bəkməz əhval-ruhiyyəni stabil vəziyyətdə saxlamasına kömək edir və sizi stresli və gərgin əhval-ruhiyyədən xilas edir. Şəkər xəstələri üçün çox faydalı olan bəkməz aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərinin səviyyəsinin tənzimlənməsində və insulin müqavimətini balanslı vəziyyətdə saxlamağında rolu olur.
Bakteriyalar üçün laktik turşu istehsalına qarşı qoruma sistemini təmin edən bəkməz dəri sağlamlığının qorunmasını dəstəkləyərək dəri səthində sızanaqların əmələ gəlməsinin qarşısını alır. Bəkməz tərkibindəki yüksək miqdarda kalsium səbəbiylə sümük sağlamlığının qorunmasını və inkişafını təmin edir. Tərkibində ürək-damar sağlamlığı üçün zəruri olan kalium olduğu üçün ürək sağlamlığını qorumağa, ürək-damar sisteminə qan axını tənzimləməyə və xolesterin səviyyəsini tarazlıqda saxlamağa kömək edir.
Bəkməzin faydaları nələrdir?
Bəkməz karbohidrat və enerji qaynağı olmaqla yanaşı, mineralları sıx şəkildə özündə cəmləşdirir. Gündəlik kalsium, dəmir, kalium və maqnezium ehtiyaclarının təmin edilməsində böyük rolu olur. Araşdırmalara görə, bəkməzin tiamin, riboflavin və dəmir baxımından baldan daha zəngin olduğu aşkar edilmişdir. Xüsusilə, qanazlığına sahib olan xəstələri, diş və sümüklərin güclənməsində də faydaları ilə göz önündədir.
İltihab əleyhinə qorunma gücünə malik olmaqla yanaşı, sağalma prosesini sürətləndirir və xəstəliklərə qarşı immunitet sistemini gücləndirir. Öskürəyin qarşısını almaqda da böyük faydaları vardır. Xüsusilə, quru öskürək zamanı yeməkdən əvvəl 1 qaşıq bəkməz qəbul etmək çox faydalıdır.
Mənbə: CNN Türk
Tərcümə etdi: Fatimə Mustafayeva
