Bu gün:

Psoriaz nədir?


Psoriaz dəri hüceyrələrinin normaldan bir neçə dəfə daha sürətli çoxalmasına səbəb olan autoimmun dəri xəstəliyidir. Sədəf kimi də tanınan psoriaz zamanı dəridə ağ pulcuqlarla örtülmüş kələ-kötür qırmızı ləkələr görünməyə başlayır. Bu pullu yamalar dərinin hər yerində böyüyə bilər, lakin ən çox baş dərisində, dirsəklərdə və dizlərdə görünür.

Psoriaz yoluxucu deyil, yəni insandan insana keçə bilməz. Genetik meyli olan eyni ailənin üzvlərində görünə bilər. Psoriaz adətən erkən yetkinlik dövründə görünür. Əksər hallarda dərinin yalnız bir neçə sahəsi təsirlənir. Ancaq daha ağır hallarda, psoriaz bədənin böyük bir hissəsini əhatə edə bilər. Qırmızı ləkələr zamanla sağalır və fərdin həyatı boyu geri qayıda bilər. Psoriaz kəpəklə müşayiət olunan xəstəlikdir. Psoriaz həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilə bilər. Uşaqlarda sədəf bədəndə damcı şəklində göründüyü halda, böyüklərdə lövhə şəklində ola bilər və sabit qala bilər. Psoriaz təkcə dəri döküntüsü xəstəliyi deyil. Psoriaz xəstələri bütün bədənə təsir edən və səpgilərlə müşayiət olunan digər şikayətlərlə qarşılaşa bilərlər.

Psoriaz yoluxucudurmu?

Psoriaz xroniki autoimmun xəstəlikdir. Psoriaz xəstələrində immunitet sistemi sağlam hüceyrələrin sürətlə məhv olmasına və yeni hüceyrələrlə əvəzlənməsinə səbəb olan bir səhv edir. Psoriaz mikrob və ya virus infeksiyası olmadığı üçün insandan insana yoluxucu deyil. Ancaq əllərdə və ya üzdə sədəf xəstəliyinin olması insanın sosial izolyasiyasına səbəb ola bilər. Psoriazlı xəstələrin psixologiyası fiziki tapıntılar kimi izlənilməli və xəstə stressini azaltmağa çalışmalıdır. Digər xroniki xəstəliklərdə olduğu kimi, sədəf xəstəsi də öz bədənini və xəstəliyini qəbul etməli və buna uyğun yaşayaraq xəstəliyin mənfi təsirlərini minimuma endirməlidir.

Psoriaz kimdə müşahidə olunur?

Psoriz adətən genetik ötürülmə səbəbindən inkişaf edir. Bəzi faktorlar da genetik meyli olan insanlarda sədəf xəstəliyinə səbəb ola bilər. Stress səbəbiylə də bu xəstəlik inkişaf edə bilər.

Psoriazın səbəbləri nələrdir?

Psoriazın dəqiq səbəbi hələ məlum olmasa da, mütəxəssislər bu xəstəliyin bir çox amillərin birləşməsindən qaynaqlandığına inanırlar. Normal ritmində dəri hüceyrələri hər 10-30 gündə yenilənir. Psoriazda hər 3-4 gündə yeni hüceyrələr böyüyür. Tez-tez yeniləri ilə əvəz olunan köhnə hüceyrələr toplanır və dəridə gümüşü pullar əmələ gəlir. İmmunitet sistemindəki bir səhv dəridə lazımsız iltihaba səbəb olur, bu da yeni dəri hüceyrələrinin sürətlə çoxalmasına səbəb olur. Psoriz eyni ailədəki fərdlərdə baş verə bilər, lakin bəzən nəsildən-nəslə ötürülə bilər. Misal üçün; Baba və nəvəsi xəstələnə bilər, ancaq uşağın anası xəstəlikdən təsirlənməyə bilər. Demək olar ki, bütün sədəf növlərinin bəzi ümumi səbəbləri var: Dəridə kəsiklər, sıyrıqlar və ya cərrahi müdaxilələr, emosional stress, streptokok infeksiyaları, bipolyar pozğunluq üçün istifadə edilən litium, malyariya dərmanları, beta-blokerlər, hidroksiklorokin və ya malyariyaya qarşı dərmanlar kimi təzyiq dərmanları, həddindən artıq spirt istifadəsi və siqaret, xüsusilə, gənc kişilərdə. Xəstəliyə xüsusilə qış və soyuq günlərdə daha çox rast gəlinir. İsti, günəşli və rütubətli mühitlərdə olmaq xəstəliyin baş vermə ehtimalını azalda bilər. Psoriasisli bəzi fərdlərdə hətta ən kiçik cızıq və ya ağcaqanad dişləməsi belə yeni bir başlangıca səbəb ola bilər.

Mənbə: Acibadem

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et