Bu gün:

Operanın qısa tarixi


Çoxlarının ilk opera hesab etdiyi Dafnenini(1597) bəstələyən  Jacopo Perinin (1561-1633) yaradıcılığının ilk rüşeymlərindən bəri opera iki formada inkşaf etməyə başladı: hissəli opera və kralın sponsorluq etməsi və izləmək üçün şəxsən teatr lojasında əyləşdiyi buffa opera və ya komediya.  

Barokko   dövrü (1600-1750) operası Avropanı fırtına kimi ələ keçirdi. Bu dövürdə misilsiz ariyaları və hərəkətli səhnələri ilə dolu opera, bahalı sənət nümunəsi kimi qəbul olunurdu. İtalyan barokko operasının ən böyük bəstəkarlarından biri ömrünün çox hissəsini Londonda keçirən alman əsilli -   Georg Frideric  Handeldir (1685-1759). Bu dövr həm də kastratilərin - soprano səslərini ifa edə bilmələri üçün axtalanan kişi müğənnilərin yüksəliş dövrüdür. Sağ qalan və karyerasında yüksələn bir neçə nəfər XVII və XVIII əsrin ulduzları idi. Günümüzdə belə rolları kontratenorlar və ya qadınlar ifa edirlər.   

Klassik dövrdə opera (1750-1830) daha sadə musiqi melodiyaları, daha realist süjetlər və daha çox səsin təsvirinə əsaslanan sənət nümunələrinə çevrildi. Bu tip operaların rolunda maarifçilik hərəkatı mühüm rol oynadı.  

 Volfqanq Amadey Motsart   (1756-91) böyük klassik opera bəstəkarıdır. Onun fransalı yazıçısı Bomarşenin pyesi əsasında tərtib edilmiş qulluqçuların öz zadəgan ağalarını ram etdiyi bir fars olan Fiqaronun evliyili    (    Le    Nozze di Figaro    ) olduqca məşhur operadır. Motsart şah əsəri Don Giovanni ilə böyük dramaturgiya ustası olduğu da dünyaya çevrildi.    

Romantik dövrdə opera     (1830-1900) çiçəklənməyə davam edir, daha da böyüyürdü. Bu dövrün ənvacib opera üslubu daha sadə harmonik quruluşla gücləndirilmiş vokal parlaqlığı və ornamentasiyası olan    bel kanto (hərfi mənada "gözəl oxuma" qurmaq) operaları idi.    "Sevilya bərbəri"  (İl Barbiere di Siviglia ) kimi unudulmaz komediyanı yaratmaq üçün ancaq Rossi (1792-1868)    kimi xüsusi istedada malik olmaq lazım idi.    

XIX əsr, ya da yox, bütün zamanların ən populyar operası fransız bəstəkarı Georges Bizetin    (1838-75)      Karmen    operasıdır. Karmen - azad ruhlu, özünü hər bir şeydən üstün tutan qadın və ona aşıq olan əsgərin rəngarəng lövhəli hekayəsindən bəhs edir. 

Nə qədər ki, danışılacaq hekayələr, təqdim ediləcək ideyalar var, opera da yaşayacaq və çiçəklənəcək. Axı o, insanın psixi vəziyyəti haqqında ağrılı, şanlı, mürəkkəb həqiqətləri anlamağa imkan verən yüksək sənətkarlıq nümunəsidir. 

Mənbə: sfopera.com 

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et