Bu gün:

"Tibbdə bunun bir adı var.."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi psixoloq Nərgiz Hüseynovadır. O, uzaq yolu avtomobillə qət edərkən yaranan mədə bulantısı və baş gicəllənməsi haqqında danışıb.

-Nəqliyyatda olarkən niyə ürəyimiz bulanır?

Tibbdə bunun bir adı var: kinetoz. 2-12 yaş arası uşaqlarda daha çox təsadüf edilsə də, böyüklərdə də özünü göstərə bilir. Bu, vestibulyar aparatla əlaqəlidir. Vestibulyar aparat daxili qulaqdakı ilbisin içində yerləşir. Vestibulyar aparat bizim ayaqda qalmağımız, dik durmağımız üçün cavabdehdir. Ona görə də, hər hansı bir digər hərəkət onu çaşdırır, belə bir ürək bulantısı verir.

Maşında gedərkən, biz tərpənmirik, bədən tərpənmir. Amma gözlərimiz görür, gözlərimizdən beyinə informasiya gedir ki, nəsə hərəkətlilik var. Buna görə də, belə qeyri-adi vəziyyət beyni çaşdırır və mədə bulantısı, başgicəllənməsi verir. Bu hallar avtomobildən əlavə, vaqon və gəmidən istifadə edərkən də baş verə bilər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et