Stiven Hokinqin ölümünün 5-ci ildönümü ilə bağlı məşhur sözləri:

“Həyat olan yerdə ümid var...” Beş il əvvəl 76 yaşında dünyasını dəyişən dünya şöhrətli fizik Stiven Hokinq elmi araşdırmaları ilə yanaşı, bir çox fərqli başlıqlarla dediyi məşhur sözləri ilə yadda qalıb.
Danışmaq qabiliyyətini xeyli itirən Hokinq bu sözləri məşhur səs sintezatoru vasitəsilə ötürürdü. Kainatın varlığına dair suallardan tutmuş məşhur olmağın mənfi tərəflərinə qədər Hokinqin yaddaqalan sözlərini təqdim edirik:
Qara dəlik haqqında:
"Eynşteyn "Tanrı zar oynamaz" deyərkən yanılmışdı. Qara dəliklərin varlığı göstərir ki, Tanrı təkcə zər atmır, həm də onları bizim görmədiyimiz yerə ataraq bizi təəccübləndirir" - Zamanın və Məkanın Təbiəti , 1996
Kainatın niyə mövcud olduğu sualına gəlincə:
"Əgər bunun cavabını tapa bilsək, bu, insan məntiqinin son zəfəri olacaq və onunla biz Allahın ağlını da anlaya bilərik."
Yadplanetlilərin insanlarla təmasda olma ehtimalı haqqında:
"Düşünürəm ki, bu, fəlakət olacaq. Yadplanetlilər, yəqin ki, bizdən çox irəlidə olacaqlar. Planetimizdə daha az inkişaf etmiş irqlərlə qarşılaşan qabaqcıl irqlərin tarixi o qədər də ürəkaçan deyil. Üstəlik, onlar eyni cins idi. Məncə, biz bunu etməməliyik.
Mənbə: bbctürk
Tərcümə etdi: Səadət Quliyeva
