Bu gün:

Demans və onun təsiri nədir?


Demans nədir və onun təsiri nədir? 



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) demans haqqında aşağıdakı məlumatları paylaşır: 


Demans yaddaşı, düşüncəni və gündəlik işləri yerinə yetirmək qabiliyyətini təsir edən müxtəlif xəstəliklər üçün ümumi bir termindir. Alzheimer ən çox yayılmış növüdür və halların 60-70 faizini təşkil edir. Zaman keçdikcə xəstəlik daha da pisləşir. Bu, daha çox yaşlı insanlara təsir göstərir, lakin hər insan yaşlandıqca xəstəliyə tutulmur. 


Demans riskini artıran amillərə aşağıdakılar daxildir: 


Yaş (daha çox 65 yaş və yuxarı insanlarda rast gəlinir) 

Hipertoniya yüksək qan şəkəri (diabet) 

Artıq çəki və ya piylənmə 

Siqaret çəkmək

Həddindən artıq spirt istehlakı 

Fiziki aktiv olmamaq 

Depressiya 


Hazırda dünyada 55 milyondan çox insan demensiyadan əziyyət çəkir və onların 60 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. 


Hər il təxminən 10 milyon yeni hadisə baş verir. Demans beyinə təsir edən müxtəlif xəstəliklər və zədələr nəticəsində yaranır. Alzheimer xəstəliyi demansın ən çox yayılmış formasıdır. Demans dünya miqyasında yaşlı insanlar arasında ölüm hallarının 7-ci əsas səbəbi və əlilliyin və asılılığın aparıcı səbəbidir. 


2019-cu ildə demansın qlobal dəyəri 1,3 trilyon dollara çatıb ki, bunun da təxminən 50%-i gündə orta hesabla 5 saat qayğı və nəzarət edən qeyri-rəsmi baxıcılara (məsələn, ailə üzvləri və yaxın dostlara) bağlıdır. Qadınlar həm birbaşa, həm də dolayı yolla demansdan daha çox təsirlənirlər. 


Mənbə: bbctürk

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et