Bu gün:

Mesopotamiya - Tarixin başlanğıcı


Mesopotamiya dilimizdə "iki çay arasındakı ölkə" mənasını verən yunanca "Mesopotamiya" sözündən götürüb. 

Bu gün coğrafi olaraq İraq və Suriyanın şimal-şərqində, Cənub-Şərqi Anadolu bölgəsi də daxil olmaqla Dəclə və Fərat çayları boyunca yerləşir. 

Mesopotamiyanın şimalında yerləşən Şumer Sivilizasiyası tarixin ən mühüm sivilizasiyalarından birini təmsil edir. Mesopotamiya ilk oturaq həyatın yarandığı, yazının yarandığı, məlum olan ən qədim qanunların yarandığı bir bölgədir.

Ur-Nanşe Relyef

Bu artefakt İraqın Girsu şəhərində (hazırda Tell Telloh kimi tanınır) tapılıb. Tikinti tarixi: B.C. 2500 il əvvələ aiddir. Əhəng daşından hazırlanmış işin uzunluğu 40 sm, eni 47 sm-dir. Əsər bu gün Luvr muzeyində sərgilənir.

Ur-Nanşe I Laqaş sülaləsinin ilk kralı idi. Relyefin ortasındakı çuxur boşqabın məbədin divarına quraşdırılmasına imkan verən funksional detaldır. Bu məbəd padşah Ur-Nanşenin göstərişi ilə tikilmişdi, ona görə də əsər xalqın ona olan minnətdarlığını ifadə edir. 

Relyefin əhəngdaşı olması da mühüm detaldır, çünki o dövrdə daşdan çox bişmiş gil torpağa üstünlük verilirdi. Odur ki, həm daha nadir, həm də yəqin ki, başqa yerlərdən gətirilən əhəng daşı artefaktın və şahın əhəmiyyətini vurğulayır. 

Lövhədə mixi yazı ilə yazılmış izahatlar var. Bu ifadələrdə bildirilir ki, məbədi Kral Ur-Nanşe tikdirib, ona görə də arxeoloqlar və sənət tarixçiləri əsərin kimə aid olduğunu öyrənə biliblər. Boşqabdakı fiqurlar kralı və onun qohumlarını təmsil edir.

Mesopotamiyada geniş yayılmış dini baxışda krallar təkcə hökmdar titulu deyil, həm də dini məna daşıyır və keşiş-kral adlanırdı. Ona görə də bu insanlar həm inzibati, həm də dini işlərə cavabdeh idilər.

Mənbə: Tarihli Sanat

Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et