Bu gün:

Güzgü: Onu kim və nə vaxt icad edib?


“Ayna, ayna, söylə mənə varmı məndən daha gözəli?” Bu sualı "Yeddi cırtdan" nağılından hamımız xatırlayırıq. Keçmişdən günümüzə bir çox nağıllarda, hekayələrdə və ya filmlərdə özünə yer tapan güzgüləri bu gün ancaq qarşısında paltarımızı sınadığımız ev əşyaları kimi görə bilərik. Halbuki, əvvəllər güzgü sahibi olmaq cəmiyyətdə status əlaməti hesab olunurdu. Bəs, həm bəzək materialı kimi istifadə olunan, həm də xarici görünüşümüzü qavramağımıza və fiziki olaraq başqalarından necə ayrıldığımızdan xəbərdar olmağımıza imkan verən güzgüləri kim və nə vaxt icad edib? İndi gəlin birlikdə bu suallara cavab axtaraq.


Bir cisimdən əks olunan və ya işıq mənbəyindən gələn şüalar gözə çatdıqda, biz həmin obyekti görürük. Bir cisimdən gördüyümüz rəng gözümüzə çatan işığın dalğa uzunluğundan asılıdır. Məsələn, qırmızı avtomobil qırmızı işığı əks etdirir və digər dalğa uzunluqlarının işığını udur. Avtomobildən əks olunan və gözümüzə çatan şüalar qırmızı olduğu üçün maşını qırmızı kimi qəbul edirik. Bəs necə olur ki, biz güzgüdə eyni rəngdə olan obyektləri görə bilirik? Güzgülər rənglərini (dalğa uzunluqlarını) dəyişmədən səthlərinə dəyən işığı eyni şəkildə əks etdirir. Buna görə də biz güzgüdəki əşyaların rənglərini olduğu kimi görə bilirik. İnsanlar indiki kimi qədim dövrlərdə də öz obrazlarına maraq göstərmiş, onların əksini görmək üçün müxtəlif üsullardan istifadə etmişdilər. Bu məqsədlə durğun çaylardan, göllərdən, dənizlərdən və parlaq daşlardan, qablara yığılan sulardan istifadə edirdilər. Bir qədər sonra güzgülər sayəsində insanların öz əksini reallığa mümkün qədər yaxın görmələri mümkün oldu.


Mənbə: bilimgenc.tubitak.gov

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et