Bu gün:

Dağıstan-Dərbənd şəhəri və tərəkəmə kəndlərinin tarixi


Dərbənd Rusiya Federasiyasına bağlı olan Dağıstan Muxtar Respublikasının ikinci tarixi və mühüm şəhəridir. Əhəmiyyətli türk əhalisinə də ev sahibliyi edən Dərbənd şəhəri bir çox xalqlar tərəfindən Avrasiya ilə Yaxın Şərq arasında yeganə qapı kimi qəbul edilmişdir.


 Qafqazın mühüm keçidlərindən biri olduğu üçün qanlı müharibələrə, qarşıdurmalara, tənəzzül və yüksəlişlərə şahidlik etmişdir. Dərbənd əsrlər boyu Cənubi Dağıstanın yeganə şəhəri olub və Şərqi Qafqazın bu bölgəsinin həyatında xüsusi rol oynayıb. Erkən orta əsrlərdə bu şəhər min ildən artıq müddətdə Xəzər dənizində mühüm liman və Cənub-Şərqi Avropaya gedən yolda ən böyük tranzit ticarət mərkəzi olmuşdur. Bundan başqa, ərəb istilasından sonra uzun müddət Dərbənd Cənubi Dağıstanın (bəlkə də ümumilikdə) dini (müsəlman) mərkəzi olmuşdur. Üstəlik, Dərbənd həmişə Cənubi Dağıstanın əsas sənətkarlıq mərkəzi olaraq qalmışdır. Dağıstanın tarixi bir çox müəlliflər tərəfindən tədqiq edilmiş, lakin türk dünyasına yetərincə tanıdılmamışdır. Bu araşdırmada Dərbəndin qədim Roma, Sasani və İslam dövrlərinə aid tarixi təqdim olunur. Digər tərəfdən Dağıstanda yaşayan və bölgənin ən önəmli yerli xalqlarından biri olan “tərəkəmə” türklərinin tarixinin qısa xülasəsi də verilir. Qədim dövrlərdə coğrafiyaşünaslar və yazarlar tərəfindən müzakirə olunsa da, tərəkəmələrin yaşadığı bu bölgənin, xüsusilə də tərəkəmə kəndlərinin tarixi türk dünyasında çox da tanıdılmamışdır. Bu araşdırmanın məqsədi Dərbənd və tərəkəmə kəndlərinin tarixini türk dünyasına tanıtmaqdır.


Mənbə: turkishstudies.net

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et