Bu gün:

Xoşbəxtlikdən ağlamağımızın səbəbi nədir ?


Ağlamaq çox vaxt qəzəb, məyusluq və ya kədər kimi duyğularla əlaqələndirilir. Xoşbəxtlik haqqında düşünəndə, demək olar ki, göz yaşlarını ağla gətirmirik. 2018-ci ildə aparılan bir araşdırmada iştirakçıların 68%-i xoşbəxt və ya müsbət hadisələrin onların göz yaşlarına səbəb olduğunu bildirib. Xoşbəxtlikdən ağlamaq adi bir hadisədir və bu, tamamilə normaldır. Tam olaraq niyə baş verdiyini öyrənmək üçün isə oxumağa davam edin.

Onilliklər ərzində elm adamları və tədqiqatçılar xoşbəxtlikdən ağlamağın niyə baş verdiyini izah etmək üçün nəzəriyyələr hazırlayıblar. Bir nəzəriyyə isə bunun yatızdırılmış hislər nəticəsində baş verdiyini irəli sürür. Bu isə o deməkdir ki, sevincli bir an yaşayarkən ağlayan insanlarda heç kimə büruzə vermədikləri kədər hisləri var.

Bir çox tədqiqatçılar illər ərzində bu nəzəriyyəyə qarşı çıxsa da, bu, xoşbəxt olduğumuz zaman niyə ağladığımızın ilk səbəblərindən biri kimi görünür.

Mənbə: verywellmind.com

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et