Bu gün:

Qəhvə


Bir fincan qəhvədə nələr var?

Kofein (8 unsiya üçün təxminən 95 milliqram), su, riboflavin, pantotenik turşu, manqan, kalium, maqnezium və niasin, antioksidantlar

Qəhvə içməyin faydaları nələrdir?

Qəhvənin tərkibindəki kofein yorğunluğu azaldan və özümüzü daha ayıq hiss etməyimizə kömək edən bir stimullaşdırıcıdır. Kofein maddələr mübadiləsini artıra, məşq performansını artıra bilər. Tədqiqatlar qəhvənin beyin xəstəliklərinə qarşı mümkün qoruyucu təsir göstərdiyini, ehtimal ki, demans, alzheimer və parkinson xəstəliklərinin riskini azaltdığını göstərdi. Orta miqdarda qəhvə (hətta kafeinsiz) içmək 2-ci tip diabet, qaraciyər, ürək xəstəliyi riskinin azalması ilə əlaqələndirilir. Süd əlavə etmək sağlam miqdarda kalsium və D vitamini təmin edə bilər. Alimlər bu yaxınlarda aşkar ediblər ki, qəhvə içən insanlar daha uzun yaşayır.

Qəhvə içməyin yaratdığı risklər hansılardır?

Hər gün qəhvə içmək sisteminizdə kofeinə qarşı dözümlülük yaradır və zaman keçdikcə təsirləri daha az güclü edir. Kofein həssas insanlar üçün problemlər yarada bilər və əlbəttə ki, çox qəhvə qəbulu əsəbiliyə, narahatlığa, hətta panik ataklara səbəb ola bilər. Günün gec saatlarında qəhvə içmək yuxunu poza bilər. Hər gün qəhvə içən insanlar içməyi dayandırdıqda bəzi əlamətlər ilə qarşılaşa bilərlər. Baş ağrısı, yorğunluq və əsəbilik kimi simptomlar bir neçə gün və ya daha çox davam edə bilər.

Nə qədər qəhvə həddindən artıqdır?

Tədqiqatlar göstərir ki, gündə 400 mq-a qədər kofein qəbulu əksər insanlar tərəfindən qəbul edilə bilər. Bu, təxminən dörd 8 unsiyaya bərabərdir. Ancaq unutmayın ki, kofein çay, şokolad, qazlı və enerji içkiləri kimi digər içkilərdə də var. Həmçinin, kofeinin tərkibi qəhvənizi haradan aldığınıza və fincanınızın nə qədər böyük olduğuna görə çox dəyişir. Hamilə, hamilə qalmağa çalışan və ya süd verən qadınlar qəhvə içməzdən əvvəl həkimləri ilə danışmalıdırlar. Hipertoniya, narahatlıq pozğunluğu, irritabı bağırsaq sindromu olan insanlar və dərman qəbul edənlər kofein istifadəsi ilə bağlı həkimləri ilə məsləhətləşməlidirlər. Mədə xəstəlikləri və ya sidik kisəsi xəstəlikləri səbəbiylə qəhvədən imtina etmək məcburiyyətində qalanlar, bitki mənşəli alternativi sınaya bilərlər. 

Qəhvədən zövq alırsınızsa, onu içməyə davam etdikdə özünüzü yaxşı hiss edə bilərsiniz. Yalnız mötədilliyi tətbiq etməyi unutmayın və şəkərlə zəngin qəhvəxana versiyalarından uzaq durun.

Evdə latte necə hazırlanır?

1/2 fincan südü bir qəhvə fincanına tökün və mikrodalğalı sobada 45 saniyə qızdırın. Çırpıcıdan istifadə edərək, isti südü köpüklənənə qədər 30-60 saniyə qüvvətlə çalın. Qəhvə və bir çimdik darçın əlavə edin.

Mənbə: www.mayoclinic.org

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et