Bu gün:

İnsanabənzər kənd görənləri heyrətə salır


İtaliyanın insan formalı kəndi heyran edir! İtaliyanın Siciliya adasında yerləşən Centuripe kəndi quş baxışı ilə nəhəng, qəribə insan şəklini xatırladır. Yuxarıdan kəndin mənzərəsini görənlər heyrətlənir. Budur, Centuripe kəndi...

İnsan bədəni kimi 

Uzaqdan Centturipe kəndinə baxanda qolları və ayaqları açıq olan kişi şəklini görmək mümkündür. Bəzilərinin fikrincə, dəniz ulduzuna oxşayan kəndin forması kifayət qədər təəccüblüdür. Fotoqraf Pio Andre Berri ən yaxşı bucağı çəkmək üçün dronunu kəndin ən hündür nöqtəsindən 120 metr yüksəkliyə uçurub.

Kənd nəqliyyatın asan olması üçün belə dizayn edilmiş və planlaşdırılmışdır. Mərkəzdən müxtəlif istiqamətlərə uzanan yolların formalaşdığı rayonlaşdırma planlarına polilobat (çox loblu) planlaşdırma deyilir və dağlıq ərazilərdə bu tip planlaşdırmaya üstünlük verilir.

Bəziləri dəniz ulduzuna bənzədir

Kəndin tarixi eramızdan əvvəl V əsrə gedib çıxır. Bəzilərinə görə, insan bədəninə bənzədilən kəndin forması bəzilərinə görə dəniz ulduzunu xatırladır.

Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova

Paylaş
Şərh əlavə et