Bu gün:

Əqrəb sancması


Əqrəblər araxnidalar fəsiləsinə aid səkkizayaqlı, artropod heyvanlardır. Əqrəblər müxtəlif rənglərdə, formalarda və ölçülərdə ola bilər. Onlar gün ərzində tez-tez görünməz olurlar. Ancaq qidalanma məqsədi ilə yerlərindən çıxdıqları üçün gecə saatlarında onlarla daha tez-tez rastlaşmaq mümkündür. 

Əqrəb sancmasının törətdiyi toksiklik əqrəbin mənsub olduğu ailə növünə görə dəyişir. Əqrəb sancmasından sonra hiss edilən ağrı bir anlıq şiddətlidir. Hər hansı bir qızartı və ya şişlik, adətən, ilk beş dəqiqə ərzində baş verir. Bununla belə, daha ağır simptomların baş verdiyi hallar adətən bir saat kimi uzun müddət ərzində baş verir. Simptomlar: əqrəb sancmasının əlamətləri o bölgədə baş verən bəzi əlamətlərlə başa düşülə bilər. 

Əqrəbin sancdığı nahiyədə şiddətli ağrı, uyuşma və karıncalanma, yüngül şişkinlik və hərarət müşahidə oluna bilər. Bundan əlavə uşaqlarda ümumiyyətlə görülən əlamətlərə baxdığımızda tənəffüs çətinliyi, qeyri-ixtiyari baş, boyun və göz hərəkətləri, tərləmə, ürəkbulanma və qusma, ürək döyüntülərinin sürətlənməsi (taxikardiya), qan təzyiqinin artması və narahatlıq kimi hallar müşahidə edilə bilər.

Bundan əlavə, əqrəblər tərəfindən bir dəfə sancılan insanlar sonrakı sancmalara qarşı allergik reaksiya verə bilərlər. Bu sancmalar ciddi allergik reaksiyaların səbəb olduğu anafilaksi adlı həyati təhlükəli vəziyyətə səbəb olacaq qədər şiddətli ola bilər. Bu hallarda əlamətlər və simptomlar: buraya kovanlar, təngnəfəslik, ürəkbulanma və qusma daxil ola bilər. 

Əqrəb sancmasına ilk yardım olaraq yara yumşaq sabun və su ilə təmizlənməlidir. Əqrəbin sancdığı nahiyəni buzla kompres qoymaqla sərin saxlamaq lazımdır. Bu prosedur ağrıları azaltmağa və şişkinliyi aradan qaldırmağa kömək edə bilər. Əgər udmaqda çətinlik yaranarsa, maye və bərk qidalar qəbul etməmək tövsiyə olunur. Lazım olduqda ağrıkəsicilərdən istifadə edilə bilər. 

Bundan əlavə, əqrəb sancması zamanı təsirli ilk yardım üçün əqrəbin çıxarıldığına əmin olduqdan sonra əqrəbin hansı rəngdə olduğunu xatırlamağa çalışmalı və ya mümkünsə telefonun köməyi ilə onun fotosunu çəkməlisiniz. Bu, həkimə əqrəbin zəhərli olub olmadığını bildirməyə kömək edir. Əqrəbi tutub qapalı torbaya salmağa çalışmaq yanlış fikirdir. Çünki bu, ikinci əqrəb dişləməsinə səbəb ola bilər.

Mənbə: medicana.com.tr

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et