Bu gün:

Dünyanın ilk əməliyyat əlcəyi


Dünyanın ilk əməliyyat əlcəyi

Qeydlərə görə, tibb dünyasında ilk əlcəyi 1758-ci ildə alman ginekoloqu istifadə edib. O, xəstələrini qorumaq üçün qoyun bağırsaqlarından bu əlcəyi istehsal edib.

 1800-cü illərdə anatomistlər və patoloqlar da əlcəklərdən istifadə etməyə başladılar. Bununla belə, əlcəklər kifayət qədər dar və sərt idi. 1844-cü ildə Goodyear şinlər istehsal etmək üçün rezin bişirəndə işlər dəyişməyə başladı.

 İlk cərrahi əlcəyi Indian Rubber Works-də işləyən Tomas Forster patentləşdirdi. Əlcəklər, şübhəsiz ki, qoyun dərisindən daha inkişaf etmiş olsalar da, cərrahlar üçün hələ də kifayət qədər həssas deyildilər.

 Cərrahi əlcəklərin istifadəsinə 1894-cü ildə Con Hopkins Xəstəxanasının baş cərrahı William Stewart Halsted tərəfindən öncülük edilmişdir. Cərrahi məhsulların karbol turşusu ilə yuyulmasından dəri iltihabı inkişaf etdirdikdə, Halsted qollarını çırmaladı və xüsusi elastik əlcək hazırladı. O, həmçinin önlük və maskalar kimi antiseptik aksesuarları da hazırlamışdı. 

 Amerika cərrahiyyəsinin atası sayılan Helstedin tətbiq etdiyi bu qayda bu gün də bütün dünyada tətbiq olunur.


Mənbə : ilkler. wordpress. com

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et