Bu gün:

Bir gün oyanmağı gözləyən donmuş insanlar


Canlıların dondurulması prosesi özlüyündə bir sənayeyə çevrilib. Prosesi həyata keçirən şirkətlər bu metodun işləməyəcəyini iddia edənlərin kifayət qədər dəlillərinin olmadığını söyləyirlər.


Dünyanın ilk donmuş insanı olan Ceyms Bedford 50-ci ilin krio boruda gözləməsini tamamladı. Donmuş insanları həyata qaytarmaq hələ mümkün olmasa da, bu xüsusi dondurma prosesi öz sənayesini yaradıb.


“Vanilla Sky” və “Forever Young” kimi bir çox elmi-fantastik istehsalına mövzu olan insanları donduraraq həyata qaytarmaq fikri əslində, real həyatımızdan düşündüyümüz qədər uzaq deyil. Əksəriyyətimiz üçün qeyri-mümkün görünsə də, bu gün 250-dən çox donmuş insan var ki, bilmədikləri gələcəyə oyanmaq üçün gözləyirlər.


1960-cı illərdə bir qrup alim insanların dondurulması layihəsi üzrə təcrübələri sürətləndirib. Onların planlarına görə, gələcəkdə inkişaf edən texnologiya ilə dondurulmuş insanların xəstəliklərini müalicə etmək və onları həyata qaytarmaq mümkün olardı.


Texnoloji inkişaflar hələ donmuş insanların sağ qalmasına imkan verəcək səviyyədə deyil. Buna baxmayaraq, insanların dondurma üsuluna tələbat günü-gündən artır. Texnoloji inkişaflara ümid bəsləyən 1500-dən çox insan öldükdən sonra dondurulacaq müqavilələr imzalayıb.


İnsanların dondurularaq mühafizəsi ideyası ilk dəfə 1967-ci il yanvarın 12-də Ceyms Bedford onları aşağı temperaturlara davamlı krio boruda saxladıqda tətbiq olundu. Kaliforniya Universitetinin psixologiya professoru Ceyms Bedforda sağalmaz böyrək xərçəngi diaqnozu qoyulub. Ağciyərlərinə metastaz vermiş böyrək xərçənginin müalicəsinin mümkün olmadığını anlayan 73 yaşlı Bedford dondurulmaq üçün könüllü olub.


Bedford 1967-ci il yanvarın 12-də xərçəngdən vəfat etdikdən bir neçə saat sonra krio-bioloq Robert Prehoda biofizik Dante Brunoi və Kaliforniya Yaşayan Dondurma Cəmiyyətinin prezidenti Robert Nelsonun nəzarəti altında donduruldu. Bir neçə gündən sonra Bedfordun cəsədi quru buzla dolu xüsusi izolyasiya edilmiş qutuya yerləşdirilib.


Daha sonra Bedford mənfi 196 dərəcədə maye azotla doldurulmuş böyük bir konteynerə batırıldı. Bir neçə fərqli yerə köçürüldükdən sonra Bedfordun cəsədi, nəhayət, Arizonadakı "Alcor Life Extension Foundation" na aparılıb və hələ də orada saxlanılır.


Oxşar üsullar Alkor və digər dondurma şirkətlərində istifadə olunur. Ölümdən sonra bu qurumlara gətirilən insanların qanı damarlarından axıdılır. Daha sonra bu insanların bədənləri antifriz və orqanlarını qoruyan kimyəvi qarışıqla doldurulur. Bu prosesdən sonra cəsədlər -196 dərəcədə maye azot borularına yerləşdirilir.


Bedfordun rəsmi olaraq öldüyü güman edilir, lakin tibbi olaraq tamamilə öldüyü məlum deyil. Bedfordun orqanları 50 ildir ki, krio boruda bütöv şəkildə saxlanılır.


Bəzi elm adamları Bedfordun donmasından sonra dondurma üsullarının yaxşılaşdığını irəli sürürlər. İndi onların bəziləri donmuş insanların cəsədlərini həyata qaytarmaq əvəzinə, ayrı-ayrı şəxslərin saxlanan xatirələrini bərpa edərək robot sisteminə köçürmək üzərində işləyirlər. Bəzi alimlər düşünürlər ki, bu insanları həyata qaytarmaq mümkün deyil.


Britaniyalı tibb professoru Berri Faller bildirir ki, dondurulmuş insanları diriltmək hələ də uzaq bir xəyal olsa da, bu üsul, xüsusilə, krio borularda orqanların qorunmasında və orqan nəqlində istifadə edilməsində faydalı ola bilər.


Mənbə: Bianet


Tərcümə etdi:  Sevil İsmayılova

Paylaş
Şərh əlavə et