Bu gün:

İtlər neçə il yaşayır?


Həyatı itlərlə bölüşməyə qərar vermək olduqca çətindir. Təəssüflər olsun ki, qeyd-şərtsiz sevgi bəxş edən, hər paylaşılan anda insanları güldürən, əsl yoldaş olan itlərin ömrü təsəvvür edilən qədər uzun deyil. Ümumiyyətlə, itlərin ömrü 8-13 il arasında dəyişir. Lakin məlumdur ki, bu məlumata təsir edən çoxlu müxtəlif amillər var. İtlərin cinsi, irqi cəhətdən meylli olduqları xəstəliklər, yaşadıqları mühit, baytarlardan mütəmadi olaraq keçib-keçməmələri, sağlam və balanslı qidalanmaları, baxım rejiminin pozulmaması və riskli şərtlər onlar bizim əziz dostlarımızın ömür uzunluğuna müəyyənedici təsir göstərirlər. Buna görə də "bir it neçə il yaşayır?" sualana cavab vermək asan deyil. Yalnız ümumiləşdirmələr aparmaq olar. Bu yazıda bütün cins itlərin ömrü ilə bağlı statistik məlumatları paylaşacağıq. Az öncə qeyd etdiyimiz kimi, itlərin ömrünə bir çox müxtəlif amillər təsir edə bilər. Lakin xatırlatmaq istərdik ki, bu ömürləri artırıla və onlarla paylaşılan anları artıra bilərsiniz.

İtlərin ömrünü necə uzatmaq olar?

İtlərin ömrünü uzatmaq üçün vahid üsul yoxdur. Onların daha sağlam, xoşbəxt və daha uzun yaşamasına kömək edəcək müxtəlif məsləhətləri paylaşmağımız mümkündür.

1. Sevdiyiniz dostunuzla daha uzun müddət birlikdə yaşamaq üçün ən vacib tələblərdən biri onun sağlam çəkidə olmasını təmin etməkdir. Kədər, intizar və min bir duyğu ilə gözlərini sizə çevirib yemək istəyəndə bu həqiqəti xatırlamağınızı tövsiyə edirik. Ona çox yemək, yaş yemək və ya quru yemək vermək onun piylənmə riskini artıra bilər. İnsanlarda və pişiklərdə olduğu kimi, piylənmə itlərin ürək və böyrək xəstəliklərindən və yüksək qan təzyiqi və diabet kimi xəstəliklərdən əziyyət çəkməsinə səbəb ola bilər. Artıq çəki səbəbiylə yarana biləcək sağlamlıq problemlərinin qarşısını almaq üçün itlərin yaşına, çəkisinə və cinsinə görə xüsusi qidalanması lazımdır.

2. Gündəlik idman onların sağlamlığını qorumaq üçün vacib bir zərurətdir. İdman ehtiyacı yaşdan və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq itdən itə dəyişə bildiyi üçün dostunuzun gün ərzində nə qədər uzun və hansı tempdə idmana ehtiyacı ola biləcəyi barədə baytarlardan məlumat ala bilərsiniz. Onu aktiv saxlamaqla immun sistemini gücləndirə, zehnini məşq etdirə, oynaqların sağlamlığını yaxşılaşdıra və çox kökəlməsinin qarşısını ala bilərsiniz.

3. Məşqlər sayəsində dostlarınızın beynini məşğul edə bilərsiniz. Ağıldan söz düşmüşkən, siz də bilməlisiniz ki, onların beyinlərindəki boz maddə sağlamlıqları üçün aktiv saxlanılmalıdır. İtlər ağıllı heyvanlardır. İntellektini artıran oyuncaqlardan istifadə etməklə, itinizin darıxmamasına və sağlam qalmasına kömək edə bilərsiniz.

4. Ağız və diş sağlamlığı böyük əhəmiyyət kəsb edir. Onları kiçik yaşlarından başlayaraq dişlərini fırçalamağa öyrətməlisiniz. Dişlərini həftədə 1-2 dəfə fırçalamaqla mümkün diş itkisinin və diş əti xəstəliklərinin qarşısını ala bilərsiniz. Bu sayədə dostunuzun yeməyini yaxşıca çeynəməsinə kömək edə və iştahsızlıq, kifayət qədər yeyə bilməmə probleminə həll yolu təqdim edə bilərsiniz. Mütəmadi olaraq baytar həkimlər tərəfindən dişlərini təmizləməyi və ağız sağlamlığını yoxlamağı da unutmamalısınız.

5. Dostunuzda aşkar simptomlar olmasa belə, müntəzəm baytarlıq müayinələrinə laqeyd yanaşmamalısınız. Müntəzəm müayinə sayəsində ciddi sağlamlıq problemlərini erkən aşkarlamaq, düzgün müalicəni tətbiq etmək və onların problem olmasının qarşısını almaq mümkündür. Bəzi xəstəliklər üçün bu vəziyyət əlavə əhəmiyyət kəsb edir. Çünki bəzən gec qoyulan diaqnoz müalicə müddətini uzada və ya qeyri-funksional edə bikər.

Mənbə: petlebi.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et