Bu gün:

Daha sağlam bir yuxu üçün nə etməliyik?


Yaxşı yatmaq zehni və fiziki sağlamlığınıza birbaşa təsir edir. Qısa bir yuxu enerjiniz, məhsuldarlığınız, emosional tarazlığınız və hətta çəkiniz üçün zərərli ola bilər.

Gündüz vaxtı qeyri-sağlam həyat tərzi seçimləri sizi gecə saatlarında narahat hiss etdirə və əhval-ruhiyyənizə, beyin və ürək sağlamlığınıza, immunitet sisteminizə, yaradıcılığınıza mənfi təsir göstərə bilər. Ancaq aşağıdakı tövsiyələri sınaqdan keçirərək siz yaxşı yuxudan həzz ala, sağlamlığınızı gücləndirə və gün ərzində özünüzü yaxşı hiss edə bilərsiniz:

Hər gün eyni vaxtda yatmağa və qalxmağa çalışın

Bu, bədəninizin daxili saatını təyin etməyə və yuxunuzun keyfiyyətini optimallaşdırmağa kömək edir. Hətta, həftə sonu olsa belə, yuxu rejiminizi pozmamağa diqqət edin.

Günə sağlam səhər yeməyi ilə başlayın

Balanslaşdırılmış səhər yeməyi vücudunuza oyanmaq və hərəkət etmək vaxtının gəldiyini bildirməklə bərabər bioloji saatınızı da təyin etməyə kömək edə bilər. Səhər yeməmək isə enerjinizi aşağı sala və yuxunun pozulmasına səbəb ola biləcək stressi artıra bilər.

Nahardan sonra yuxuyla mübarizə aparın

Yuxunuz gəlirsə, divandan qalxın və qabları yumaq, dostunuza zəng etmək və ya növbəti günə paltar hazırlamaq kimi yüngül işləri etməyə çalışın. Yuxusuzluğa təslim olsanız, gecə yatmaqda çətinlik çəkə bilərsiniz.

Mənbə: HelpGuide.org

Tərcümə etdi: Gülay Orucova

Paylaş