Bu gün:

“Əgər havalandırma, nəfəslik, ventilyasiya olmasa…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının  növbəti müsahibi təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevdir. O, dəm qazına qarşı edilə biləcək təhlükəsizlik tədbirlərindən danışıb.

-Dəm qazının yarada biləcəyi təhlükələrin qarşısını necə almaq olar? 


Payız, qış mövsümünün əsas bəlasına çevrilən dəm qazı təhlükəsindən qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Birinci növbədə, havaların soyuq keçməsi ilə əlaqədar insanların istiliyə olan tələbatını, evlərdə isti suya, evin istisinə olan tələbatı ödəmək üçün qaz cihazlarına, qaz avadanlıqlarına ehtiyac yaranır. Əlbəttə, bu cihazlar düzgün vəziyyətdə olmalıdır. Bu cihazlar standartlara cavab verən qaz cihazları olmalıdır. Həmçinin qaz cihazının qurulması mütləq ixtisaslaşmış müəssisə tərəfindən təmin edilməlidir. Hər hansı bir nasazlıq baş verərsə, bu zaman problemin aradan qaldırılması üçün bu texniki qurğunun təmirinin aparılması yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilməlidir. Qaz cihazlarının bir otaqdan digər otağa yerini dəyişmək təhlükəsizlik baxımından yolverilməzdir. Cihaza gələn qaz boruları bir neçə otaqdan keçməli deyil. Tikinti normalarında hansı otaqda müəyyən olunubsa, həmin otaqda olmalıdır. Əfsuslar olsun ki, turba bəzən bir otaqdan digərinə keçirilir, yəni bir neçə otaqdan keçərək qaz cihazına gəlir. Və bu turba qeyri-metal borulardan, rezin şlanqlardan olur bu yolverilməzdir. Cihaza gələn turba metal borudan ibarət olmalıdır, bir neçə otaqdan keçməli deyil. Qaz cihazı olan otaqda havalandırma, nəfəslik, ventilyasiya olması çox vacibdir. Əgər havalandırma, nəfəslik, ventilyasiya olmasa, əlbəttə, otaqda kifayət qədər qazın yanması üçün hava olmur. Bu yanma prosesini əngəlləyən prosesdir ki, dəm qazı natamam yanma məhsulu olduğuna görə nəticədə, dəm qazı əmələ gəlir.

Belə ki, dəm qazı rəngsiz, iysiz, dadsızdır, gözlə görmək olmur, natamam yanma məhsuludur, yanma prosesi düzgün getmədikdə dəm qazının yaranma riski var. Ona görə də mütləq otaqda havalandırma olmalıdır. Hamam otaqlarında pitiminutka, iran peçi, qaz peçi adlanan cihazların olması təhlükəsizlik baxımından düzgün deyil. Əgər varsa belə, mütləq həmin yerdə havalandırma, nəfəslik, qapıda xırda dəliklər olmalıdır. Bu dəliklər onun üçündür ki, nəfəslikdə açıq olanda içəridə daim hava olsun, hamam otağının hündürlüyü 2m 20 sm, otağın kavdratı 6-7 kvadrat metr olmalıdır. Yoxsa 2 kvadrat 3 kavdratlıq bir hamam otağı içində pitiminutka deyilən qaz cihazı yerləşdirilib, nəfəslik yox havalandırma yox, qapıda xırda dəliklər yox bu təhlükəsizlik baxımından düzgün deyil. Əlbəttə, bunlar da olmayandan sonra tüstü bacası yoxdur, varsa da illərlə təmizlənməyib, nasaz vəziyyətdədir, sovurma qabiliyyəti yoxdur, bacada deşik, çat var. Belə olan halda proses pozulur. Mütləq hər evdə dəm qazı əleyhinə, qaz sızması əleyhinə dedektorlar olmalıdır. Belə ki, qaz sızması olanda klapan bağlanır, qazın verilişi dayanır və dedektorlar sayəsində istifadəçinin bununla bağlı məlumatı olur. Dəm qazı əleyhinə olan dedektorlarda eyni qaydada dedektor dəm qazı təhlükəsindən xəbərdar edir. Yəni bu qədər işlək, funksional bir məhsuldur ki, dəm qazının qurbanına çevrilməkdən, bədbəxt hadisədən insanları qorumuş olur.

Fatimə Şükürova

Paylaş
Şərh əlavə et