Bu gün:

Stokholm sindromu


Stokholm sindromu insanın əsir götürənə qarşı müsbət hisslər yaşamağa başlaması, onu əsir götürənlərlə keçirdikləri vaxt artdıqca onlara kömək etməyə çalışması və hətta onlarla eyniləşməyə və onlara hüquqlar verməyə başlamasıdır. Bu vəziyyətə yalnız əsirlik kimi travmatik hadisələrdə deyil, həyatda bir çox münasibətlərdə də rast gəlinir. 

Bundan əlavə, mütəxəssislər stokholm sindromunun səbəbi kimi yaşamaq instinktini ortaya qoyurlar. Xarici dünya ilə bütün əlaqəni itirən qurban, həyatının onu əsir götürən şəxsin əlində olduğunu düşünərək əvvəlcə aludəçilik yaradır. Sonra o insanın etdiyi kiçik yaxşılıqlar sizin gözünüzdə böyüyür. Sonradan təcavüzkarla münasibətini itirmək istəmədiyi üçün ona qarşı müsbət hisslər yaşamağa başlayır. Əslində, qurbanın təcavüzkarla qurduğu bu münasibət qəsdən deyil, tətbiq edilən şiddətin nəticəsidir. Psixoloqlar bunu travmatik bağlanma prosesi kimi təsvir edirlər. Hücum edən şəxs üçün qurbanın itaət etməsi kifayət deyil, həm də o öz haqlılığını sübut etmək istəyir. Hətta qurbandan hörmət və minnətdarlıq almaq istəyir. Əslində, onun məqsədi qurbanı könüllü etmək və vicdanı qarşısında özünü doğrultmağa çalışmaqdır. Bu vəziyyət tarixdə bir neçə istisna olunmuş hadisə deyil. Bu, bir çox münasibətlərdə mövcud olan bir vəziyyətdir. Patron-işçi, ölkə meneceri, ictimaiyyət, kişi-qadın münasibətlərində fərqli formalar alsa da, hamısının mahiyyətində Stokholm sindromu yaşanır. Stokholm sindromu tez-tez danışıq dilində qatilinə aşiq olmaq kimi istifadə olunur .


Mənbə: Erdempsikiyatri.                                

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et