Bu gün:

Əllərimiz niyə bu qədər tərləyir?


Hamımızın tərli əllərimiz var və bu, qeyri-adi deyil. Amma, bəzən əllərimiz digərlərindən daha çox tərləyə bilər ki, bu da əllərimizdə xoşagəlməz hislər yarada bilər. Bunun arxasındakı səbəbi heç düşünmüsünüzmü? Əllərin tərləməsi bezdirici olsa da, bəzi elm adamları təsdiqlənməsə də, əllərin tərləməsi, əslində, əllərimiz üçün faydalı ola bilər. Necə?

Araşdırmalara görə, tərləmə əlimizdən zəhərli maddələri çıxara və bakteriyaların səviyyəsini tarazlıqda saxlaya bilir. Odur ki, "sağlam olmaq üçün əllərimizin tərləməsi lazımdır", - desək yalan olmaz. Digər tərəfdən, bu vəziyyət bəzən normal səviyyələri keçə bilər. Şübhəsiz ki, bəzilərimizdə əllərimizin normal səviyyədə tərləməsini müəyyən etmək üçün bir yol varmı sualını yaradır. Həddindən artıq tərlədiyimizi müəyyən etməyin bir yolu isə bunun sizin etdiyiniz işlərə maneə olub-olmadığını görməkdir. Məsələn: əlləriniz sükanı və ya avtobus dirəyini tutmağınıza maneə olacaq qədər tərlidirsə, bu, həddindən artıq tərləməniz deməkdir. 

Əsəbilik, stress, istilik və məşq kimi vəziyyətlər əllərimizin adi halda daha çox tərləməsinə səbəb ola bilər. Digər tərəfdən, bu qədər tərləmə fiziki və psixoloji olaraq sizə təsir edə bilər. Çünki həddindən artıq tərləmə gündəlik həyatınızda etdiyiniz adi işləri məhdudlaşdıra bilər. Bu kiminləsə sadəcə əl sıxmaqdan tutmuş sevgilinizin əlindən tutmağa qədər hər şeyi sizin üçün çətinləşdirə bilər. İstənilən vaxt sizi daha əsəbi və ayıq edə bilər. Əlinizdə tərləmənin yanında yapışqanlıq hiss edirsinizsə, bu bəzi sağlamlıq problemlərinin əlaməti ola bilər. Su molekullarının birləşməsi olan koheziya, qonşu H2O molekullarının hidrogen və oksigen atomları üzərindəki qarşı elektrik yüklərindən irəli gəlir. Dəridə nəmli səthdə su molekullarının yaratdığı qarşılıqlı cazibə yapışqanlıq hissi yaradır. Ancaq buna bəzən ürək xəstəlikləri, hipoksemiya, daxili qanaxma və gün vurması səbəb ola bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et